xnxx
bokep
 “Yeniyetmələr arasında vətənpərvərlik ideyalarının təbliği” adlı layihənin açılışı keçirilib (+FOTOLAR)

Təqvim
“Yeniyetmələr arasında vətənpərvərlik ideyalarının təbliği” adlı layihənin açılışı keçirilib (+FOTOLAR)
29 may 2019 - 17:37

Canveten.az xəbər verir ki, 23 may 2019-cu il tarixdə 57 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Nurlu Sabah” Gənclərə Qayğı ictimai birliyinin birgə təşkilatçılığı ilə “Yeniyetmələr arasında vətənpərvərlik ideyalarının təbliği” adlı layihənin açılışı və ilk təlimi keçirilib.

Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, eyni zamanda layihənin təlimçisi Vüsal Ömərov, 57 saylı tam orta məktəbin müəllim heyəti və 50 nəfər yeniyetmə iştirak etmişdir.

Çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, “Yeniyetmələr arasında vətənpərvərlik ideyalarının təbliğiadlı layihəsinin təlimçisi Vüsal Ömərov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclər arasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş şəxslərin həyat nümunəsini, döyüş ruhunu, vətən sevgisini, vətənpərvərlik hissini təbliğ etməkdən ibarətdir. Təlimçi qeyd etdi ki, “Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Ermənistan Respublikasının ölkəmizə təcavüzü 20% torpaqlarımızın işğalı ilə nəticələnmişdir. Daha sonra Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində atəşkəs rejiminə nail olunmuşdur. Buna baxmayaraq, Ermənistan təcavüzkar siyasətini davam etdirərək təmas xəttində atəşkəsi tez-tez pozur. Vətənin müdafiəsində olan əsgər və zabitləri bu təcavüzlərə canları bahasına çıxaraq, ölkəmizin suverenliyini təmin edirlər. 2016-cı ildə aprel döyüşlərində də əsgərlərimiz böyük sücayət göstərmişlər. Bununla yanaşı, bir çox igidlik nümunələri bu gün cəmiyyətimizdə geniş yer alır. Bunların sırasında Mübariz İbrahimovu, Samid İmanovu, Çingiz Qurbanovu və digər Milli Qəhramanlarımızı misal çəkmək olar. Qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi işğalçılıq siyasətinə qarşı ordumuzun vətənpərvər və qəhrəman oğulları mərdlik  nümunəsi göstərərək, şəhidlik zirvəsinə ucaldılmışlar. Bu gün şəhidlərimiz hər bir vətəndaşımız tərəfindən anılır və onların şəhidlik zirvəsi müstəqil dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir”.

Sonda təlimçi tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                              

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə