Təqvim
"İmadəddin Nəsimi- 650 illik DƏYƏR" adlı layihənin hazırlığı uğurla davam edir (+FOTO)
29 may 2019 - 16:39

Canveten.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə "İmadəddin Nəsimi- 650 illik DƏYƏR" adlı layihə həyata keçirilir. 1 aprel tarixində start götürən layihənin hazırlıq mərhələsi uğurla davam edir.

Mütəfəkkir şairin 2019-cu il ərzində 650 yubileyi ölkə səviyyəsində təntənəli qeyd edilir. İcra olunan layihə isə cənab İlham Əliyevin sərəncamından irəli gələrək Nəsimi irsinin öyrənilməsi, təbliği, dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roll,gənclər arasında tanıdılması və ümumi maarifləndirmə işinin təşkili məqsədi daşıyır.

            Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə layihə çərçivəsində «İKİ ALƏMDƏ VARIM...» adlı, Nəsiminin 11 qəzəlinin peşəkar qiraətçi tərəfindən səsləndirilmiş audio kitabı hazırlanıb. Mənbə olaraq Qəzənfər Paşayevin "Nəsiminin İraq Divanı" kitabından və digər mənbələrdən istifadə olunub. Qısa zaman sonra audio kitab internet resursları vasitəsilə geniş ictimaiyyətə təqdim olunacaq.

Həmçinin layihə çərçivəsində Nəsiminin həyat və yaradıcılığına aid maraqlı məlumatları əks etdirən kitabça hazırlanır. Həm ingilis həm azərbaycan dilində olan kitabça konkret məlumatları özündə əks etdirən maarifləndirici vasitə rolunu oynayacaq. Bu istiqamətdə müxtəlif Nəsimişünas alimlərlə görüşlər, məsləhətləşmələr keçirilib. Hal-hazırda isə bədii ştrixlərlə zəngin sənədli filmin üzərində iş gedir. Filmdə gələcəkdə ingilis və türk dillərində alt yazılar da yer alacaq ki, xarici ölkələrdə təbliğat aləti kimi istifadə olunsun. Filmin çəkilişi  yekunlaşdıqdan sonra Bakı və Gəncə şəhərində təntənəli təqdimat mərasimləri keçiriləcək. Ümumilikdə 1000 nəfərə yaxın gəncin, ictimai xadim, rəsmi şəxslərin, səfirlik və beynəlxalq təşkilatların nümayəndələrinin və medianın iştirakı ilə təntənəli təqdimat mərasimləri yekunlaşdıqdan sonra respublikada fəaliyyət göstərən gənclər mərkəzlərində (Bakı şəhərində 5 gənclər evi (Bakı, Sabunçu, Xəzər, Binəqədi, Qaradağ) Sumqayıt, Şəmkir, Mingəçevir, Qazax və s. gənclər evləri) təqdimatlar keçiriləcək. Layihə 1 iyul tarixində yekunlaşsa da, davamlılığı kimi paytaxt və regionlarda ali təhsil müəssisələrində, orta məktəblərdə 2019-cu ilin sonunadək müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                              

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə