Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Nərimanov rayonunun 202 saylı tam orta məktəbinin VII,VIII və IX sinif şagirdləri qonaq olublar. Görüşdə məqsədməktəblilərdə elmə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub. Fizika İnstitutunun İnnovasiya sektorunun rəhbəri, fizika üzrə elmlər doktoru İlham Həsənovun rəhbərliyi altında İnstitutun alimləri elmi müəssisənin fəaliyyəti, İnnovasiya sektorunda quraşdırılan müasir avadanlıqlar, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklərdən şagirdlərə məlumat veriblər. Məryəm Rafaelqızı AMEA Fizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Bütün hüquqlar qorunur © 2024