Çapa göndər
202 SAYLI MƏKTƏBİN ŞAGİRDLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR (+FOTOLAR)

28 may 2019 - 15:56

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Nərimanov rayonunun 202 saylı tam orta məktəbinin VII,VIII və IX sinif şagirdləri qonaq olublar. Görüşdə məqsədməktəblilərdə elmə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub.  Fizika İnstitutunun İnnovasiya sektorunun rəhbəri, fizika üzrə elmlər doktoru İlham Həsənovun rəhbərliyi altında İnstitutun alimləri  elmi müəssisənin  fəaliyyəti,  İnnovasiya sektorunda  quraşdırılan müasir avadanlıqlar,  laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklərdən  şagirdlərə məlumat veriblər.

 

 

Məryəm Rafaelqızı

AMEA Fizika İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri