Təqvim
«Musiqi İfaçılıq sənətinin və pedaqogikanın aktual problemləri» adlı Elmi-İfaçılıq konfransı keçirilib (+FOTOLAR)
24 may 2019 - 12:42

22 may  2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə BMA-nın Qara Qarayev adına Konfrans zalında görkəmli bəstəkar və müəllim, Xalq artisti, professor Sevda İbrahimovaya həsr olunmuş «Metodika və Xüsusi Pedaqoji Hazırlıq» kafedrasının «Musiqi İfaçılıq sənətinin və pedaqogikanın aktual problemləri» adlı Elmi-İfaçılıq konfransı keçirilib. 

Qeyd edək ki, Elmi-İfaçılıq konfransın təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər namizədi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyevadır.  Bununla yanaşı Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov, Azərbaycan Respublikasının Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, fortepiano fakültəsinin dekanı, professor Nəzakət Rimazı,  Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, ifaçılıq fakültəsinin dekanı, professor Nəzmiyyə Abbaszadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri, dosent Elnarə Məmmədova konfransın təşkilat komitəsinin üzvləridir. 

Görkəmli bəstəkar, Xalq artisti, professor Sevda İbrahimovaya həsr olunmuş «Metodika və Xüsusi Pedaqoji Hazırlıq» kafedrasının «Musiqi İfaçılıq sənətinin və pedaqogikanin aktual problemləri» adlı Elmi-İfaçılıq konfransında ilk öncə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elnarə Məmmədova ön söz ilə çıxış edərək “Metodika və Xüsusi Pedaqoji Hazırlıq” kafedrasının yaranması, son 50 illik fəaliyyəti, bəstəkar Sevda İbrahimovanın kafedranın həyatındakı rolu haqqında ətraflı məruzə səsləndirib.

Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının «Metodika və Xüsusi Pedaqoji Hazırlıq» kafedrasının müəllimlərinin çıxışları səslənib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məmmədova Elnarə «Особенности педагогической подготовки студентов Бакинской музыкальной академии имени Уз.Гаджибейли», Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor  Məhərrəmzadə-Şirinova Svetlana «Sevimli dost və həmkarım», Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor, Nəcəfəliyeva İrina Методико-исполнительский анализ «Альбома для детей» Т.Бакиханова,  Azərbaycan Respublikasının əməkdar müəllimi, professor Məmmədəliyeva Leyla «К.К.Сафаралиева. Цикл из 17 пьес в азербайджанских ладах»,  Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər doktoru, professor Kəngərlinskaya Tamilla “Музыка, рояль, дети в творчестве Севды Ибрагимовой, sənətşünaslıq namizədi, professor Mustafayeva Sevil  “Три сонатины А.Дадашевa”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Hüseynova Nərgiz “Bəstəkar Sevda İbrahimovanın yaradıcılığında vokal musiqisi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Yusifova Həqiqət “S.İbrahimovanın gənc pianoçular üçün “ Muğam sədaları”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliyeva Fatimə «Фортепианные концерты С.Ибрагимовой в репертуаре детских музыкальных школ», pedaqogika üzrə fəlsəfə doktoru, dosent Tuayeva Mədinə “Caz musiqinin əsas üslub və istiqamətləri”, dosent Rzayeva Arzu “Fortepiano təlimi prosesində pedaqoji repertuar seçiminin əhəmiyyəti”, dosent Əlizadə Nərgiz  Цикл пьес для фортепиано «Юному пианисту» С.Ибрагимовой, baş müəllim Ağasiyeva Sevda «Формирование навыков фортепианного ансамбля на материале Хрестоматии С.Ибрагимовой», baş müəllim  İsmayılova Arzu  S.İbrahimovanın  Üç polifonik pyesi “ və  Baş müəllim Danilova Qalina «Техническое и художественное начало в пении» adlı məruzələrdə bəstəkarın həyat və yaradıcılıq yolunun ətraflı müzakirəsi, bəstəkarın fəaliyyətinin ən parlaq yolları, onun müraciət etdiyi musiqi janrları və əsərləri haqqında geniş çıxışların səsləndirilməsi  bütün auditoriya tərəfindən maraqla qarşılanıb. Bu da  konfransın mahiyyətini daha da dolğun səciyyələndirib. 

Konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim heyəti ilə bərabər tələbə heyətidə aktiv şəkildə iştirak ediblər. Belə ki, BMA-nın Musiqi-müəllimliyi ixtisası üzrə təhsil alan I kurs tələbələri Quliyeva Zeynəb “Musiqi – ifacılıq – iradə”  (müəllim: Məlikova Nigar), Əlizadə Validə “Müasir psixologiya elmində musiqi sənətinin rolu” (müəllim:  Məmmədəliyeva Leyla), Cəbiyeva Aytac “Uşaqlıq dövrünün psixoloji xüsusiyyətləri” (müəllim: Məmmədəliyeva Leyla), Kərimli Şəbnəm “Musiqi müəlliminin vacib psixoloji keyfiyyətləri” (müəllim: Nəcəfov Elvin), İsmayılova Nərgiz  «Вклад Д.Н.Узнадзе в современную психологию» (müəllim: Nəcəfov Elvin), BMA-nın fortepiano ixtisası üzrə təhsil alan I kurs tələbələri  Hacıyeva Nüşabə “Dahı pianoçu Artur Rubinşteyn”,  Babayeva “Pianoçu – Aleksey Sultanov”, Tahirzadə Günel  «Görkəmli pianoçu Vladimir Kraynyev”, BMA-nın İfaçılıq  fakültəsinin II kurs tələbəsi Qara Aytac “Violino ifaçılığında bəzi problemlər”  (müəllim: Qulamova Naira) və BMA-nın magistr pilləsi üzrə təhsil alan I kurs tələbəsi İbrahimli Adilə  "Musiqi təlim prosesinin xüsusiyyətləri” adlı məruzələri səsləndiriblər.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının   birgə təşkilatçılığı ilə Xalq artisti, professor Sevda İbrahimovaya həsr olunmuş Elmi-İfaçılıq konfransı bütün iştirakçıların bənzərsiz  çıxışları ilə  sona çatıb.  

 

 

Mətbuat şöbəsi və informasiya komunikasiya  

texnologiyaları xidmətinin əməkdaşı  

Mustafayeva Minacət 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə