Təqvim
Ad günün mübarək, Şair! (+VİDEO)
20 may 2019 - 14:18

         Bu gün 20 - may tarixində,  tanınmış şair, xeyriyyəçi, iş adamı Gülağa Tənha - nın ad günüdür. May ayı müqəddəs aylardandır, bu ayda dünyaya gələn insanlar potensialı ilə seçilir...

*(10 may - Heydər Əliyev, 20 may - Balzak, Volfqanq Borxert, italyalı arxitektor Donato Bramante və s.  )

Gülağa Tənhanın yaradıcılığına nəzər salanda aydın şəkildə sevgidən yoğurulmuş vətən eşqinin şahidi oluruq və bu da gördüyü xeyriyyə işlərində öz əksini tapır.

Nəzər salsaq görəcəyik, Allah hər bir insana fərqli bacarıqlar verir, odur ki, məhz insan özü mütləq həqiqəti axtarmalı olduğu kimi öz bacarığını da tapmalıdır. Gülağa Tənha bacarıqlarını kəşf etmiş adamdır.

- Həyat imtahandır, sınaqdır... Təbiətdə yaradılan hər nə varsa insan üçün yaradılıb və bu gözəlliyi, kodlaşdırılmış həyat həqiqətlərini görən şəxs yaradıcılığa köklənir və  duyduğu kimi əxz edir.

İnsan niyə xeyriyyəçilik etsin?!...  - Axı sevindirmək, təbəssüm yaratmaq insanın özünü də xoşbəxt edəcək hissdir. Bu həm də məsuliyyət, böyük qüvvənin sənə verdiyi ruzinin düzgün tədbiqi deyilir.

Mübaliğəsiz qeyd edirik,  Gülağa Tənha bütün yaradıcılığı, xeyriyyə işləri ilə sadalanan məsələlərə çox diqqət və həssaslıqla yanaşır.

- Söhbətlərimizin birində tənhalığından söhbət açanda içimdə böyük bir sual yaranmışdır:  ətrafında bu qədər insan olan iş adamı, niyə tənha olsun ki?!...

İçimizdə yaranan sualı zaman yaşadaraq cavab verdi və o zaman yer üzünün bütün təhna adamlarını qucaqlayıb hönkür-hönkür ağlamaq istəmişdim.

Başa düşdüm ki, şair, həyatdan, dostlarından, inandığı və inanmaq istədiyi adamlardan aldığı zərbələrdən tənhalaşmışdı. Bu məqamda isə dadına yaradıcılıq çatıb. 

         Qəlbləri sevindirən, yetimlərə əl tutan böyük qəlb sahibi Gülağa Tənhanı bu dəfə biz, diqqət göstərib sevindirmək istədik. Sürətlə inkişaf etmiş dövrdə səmimi deyilmiş xoş söz nadir incilərdəndir, ən qiymətli hədiyyə isə sidq ürəkdən  edilən dua və bu duaya layiq olan insandır.

Allahdan Sizə can sağlığı, fəaliyyətinizdə uğur, sevgi və ruzi - bərəkət diləyirik, diləyirik ətrafınızda daim sadiq dostlar, yoldaşlar olsun, olsun ki, daha da qüvvətli, inamlı tarixin yaddaşına yazılacaq işlər görəsiniz...

Hörmətlə...

p.s: Gülağa Tənhanın yaradıcılığı, poeziyası, gördüyü işlər o qədər geniş və əhatəlidir ki, gələcəkdə də xeyriyyəçi - şairin yaradıcılığına nəzər salıb, fikir bildirəcəyik.                                         

20 may 2019 cı il

 

                                                                                                                          

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə