Təqvim
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti ilə görüşüblər (+FOTOLAR)
18 may 2019 - 16:04

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova ilə görüşüblər.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Aleksandrovna Viner-Usmanova Prezident İlham Əliyevin Sərəncamına əsasən “Dostluq” ordeni ilə təltif edilib. Dövlətimizin başçısı ordeni İrina Viner-Usmanovaya təqdim etdi.

Prezident İlham Əliyev Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanı Azərbaycanın yüksək mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik etdi və onun ölkələrimiz arasında idman və ümumilikdə dostluq əlaqələrinin inkişafındakı rolunu xüsusi vurğuladı. Prezident İlham Əliyev İrina Viner-Usmanovaya Azərbaycanda gimnastika məktəbinin yaradılması işinə verdiyi böyük töhfəyə görə də minnətdarlığını bildirdi. Dövlətimizin başçısı İrina Viner-Usmanovanın təkcə Azərbaycanda deyil, dünya idman ailəsində böyük nüfuza malik olduğunu qeyd edərək məhz onun səyləri nəticəsində Rusiya gimnastlarının da uzun illərdir yüksək nəticələr göstərdiyini vurğuladı. Prezident İlham Əliyev İrina Viner-Usmanovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən İrina Viner-Usmanova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən ona göstərilən diqqətdən böyük məmnunluq hissi keçirdiyini qeyd etdi. O, birinci xanım Mehriban Əliyevanın Azərbaycanda bədii gimnastika növünün əsasının qoyulmasında və inkişafında xüsusi rolunu yüksək qiymətləndirdi. İrina Viner-Usmanova Azərbaycanda bədii gimnastika növünə göstərilən qayğıdan danışaraq Bakıda çox möhtəşəm gimnastika arenasının inşa edildiyini qeyd etdi. Azərbaycana səfərlərindən məmnunluq hissini ifadə edən İrina Viner-Usmanova ölkəmizə hər gəlişi zamanı böyük inkişaf proseslərinin, yeni-yeni memarlıq nümunələrinin şahidi olduğunu vurğuladı.

Sonda xatirə şəkli çəkdirildi.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
XARİCİ ƏLAQƏLƏR
Bu mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI 16:02, 18 sentyabr 2019
İbn Sinanın ağır xəstəlikləri müalicə edən – MÖCÜZƏVİ RESEPTİ FOTO=115:37, 18 sentyabr 2019
Bal yarmarkasına müraciət edən arıçıların seçimi həyata keçirilib... FOTO=215:27, 18 sentyabr 2019
Qayda pozan yol polisinə ciddi xəbərdarlıq edildi.... VIDEO=115:22, 18 sentyabr 2019
"Onunla aramızda sevgi olmayıb" - Yaşar Nurinin həyat yoldaşından ŞOK AÇIQLAMA 14:42, 18 sentyabr 2019
Vəkil intihar edən Elinanın işi bağlı ŞOK DETALLARI AÇIQLADI: Ağlayıb, hallallıq istəyirdi FOTO=113:35, 18 sentyabr 2019
Problem SOS siqnalı çalınacaq qədər təhlükəlidir” Deputat13:13, 18 sentyabr 2019
Naxçıvan Qarnizonu tam orta məktəbində Bilik Günü qeyd edildi VİDEO+FOTO=212:22, 18 sentyabr 2019
Bakı Uşaq Teatrı “Sehirli Tütək” tamaşası ilə yeni mövsümə start verəcək (+FOTO) 02:19, 18 sentyabr 2019
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib (+FOTOLAR) 02:12, 18 sentyabr 2019
XEYRİYYƏÇİ İŞ ADAMI Gülaga Qəmbərov ( GÜLAĞA TƏNHA )09:56, 17 sentyabr 2019
Bakının qurtuluşu gününə həsr olunmuş mərasimdə Türkiyədən gəlmiş qazilər yallı halayına qoşulublar (+FOTOLAR, +VIDEO) 01:40, 17 sentyabr 2019
Humanitar Elmlər Bölməsinin iclası keçirilib (+FOTOLAR) 01:09, 17 sentyabr 2019
AMEA Botanika İnstitutu Türkiyə Milli Botanika Bağı ilə əməkdaşlıq edəcək (+FOTOLAR) 01:04, 17 sentyabr 2019
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib (+FOTOLAR) 00:44, 17 sentyabr 2019
Bakıda Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir 00:34, 17 sentyabr 2019
Bakı Dövlət Universitetində Bilik Günü keçirilib (+FOTOLAR) 00:19, 17 sentyabr 2019
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub (+FOTOLAR) 23:59, 16 sentyabr 2019
Gülağa Tənha : " Ağlama şəhid anası "10:18, 16 sentyabr 2019
Gülağa Tənhanın kitab təqdimatından... 10:36, 15 sentyabr 2019
 

Bütün hüquqlar qorunur © 2019

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə