Təqvim
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Şamaxı şəhəri olub (+FOTOLAR)
17 may 2019 - 17:22

Canveten.az xəbər verir ki, Ənənəvi mədəniyyət bayramı olan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı mayın 16-da öz işini Şamaxı şəhərində davam etdirib.

Şəhərin Heydər Əliyev parkında təşkil olunan mədəniyyət bayramında rayon sakinləri və qonaqlar “Nağaraçalanlar”, “Pirqulu” instrumental ansamblının maraqlı ifalarını dinləyiblər. Festivalın zəngin yaradıcılıq proqramını Xalq çalğı alətləri orkestri və xor kollektivinin rəngarəng çıxışları, uşaq incəsənət musiqi məktəbinin şagirdlərinin yaddaqalan tədqimatları maraqlı edib. Yaradıcılıq festivalı “Buta” rəqs, “Şirvan” folklor kollektivinin özünəməxsus çıxışları ilə davam edib.

2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub. Məktəblilər görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı kompozisiya da hazırlayıblar. Şagirdlərin ifasında şairin obrazı canlandırılıb, qəzəlləri qiraət ustalarının təqdimatında səsləndirilib.

Qeyd edək ki, proqrama müvafiq olaraq Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə baxıblar.

Sərgidə misgərlik nümunələri, məişət qabları, kəlağayılar, zərif naxışlı tikmələr nümayiş etdirilib. Burada, həmçinin çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib.

Yaradıcılıq festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı ölkəmizin bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı təşkil olunur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Yaqub Mahmudov Beynəlxalq Atatürk Mükafatına layiq görüldü 14:53, 16 yanvar 2020
Gəncədə azyaşlılara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib. 14:47, 16 yanvar 2020
Almaniyada azərbaycanlı məscidə hücum etdi -FOTO=1 14:18, 16 yanvar 2020
Polis Bakıda insanlara hücum edən dananı güllələdi - FOTO+VİDEO 13:49, 16 yanvar 2020
Kamran Babayev: "Kütləvi cərimələnmə üçün bu sahədə elektron nəzarət mexanizmi olmalıdır” 15:14, 15 yanvar 2020
“Loqos” elmi-publisistik psixoloji jurnalın səkkizinci sayı işıq üzü görüb. -FOTO=1 14:59, 15 yanvar 2020
Ev almaq istəyənlərə bəd xəbər - Qiymətlər bahalaşıb 15:34, 14 yanvar 2020
Ölkədə internetin zəif olmasının SƏBƏBLƏRİ AÇIQLANDI 15:50, 13 yanvar 2020
İmişli sakinini öldürüb, avtomobilini Kürə atıblar - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI 15:39, 13 yanvar 2020
Gülağa Tənha "Bu kənd məni tanımadı" 18:25, 10 yanvar 2020
Saçları tez-tez yağlanan xanımlar, MÜTLƏQ OXUYUN! 18:16, 10 yanvar 2020
Gülağa Tənha necə şairdir? 16:09, 10 yanvar 2020
Təyyarə yanacağı məktəblilərin üzərinə töküldü -VİDEO 15:58, 08 yanvar 2020
Qaxda sahibsiz it qarşısına çıxan sakinlərə hücum edib 16:06, 07 yanvar 2020
Prezident İlham Əliyev bir qrup yerli jurnalistə ilin yekunları ilə əlaqədar müsahibə verib 01:26, 31 dekabr 2019
İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib (+FOTOLAR) 15:41, 24 dekabr 2019
Bakıda DƏHŞƏTLİ HADİSƏ: 3 yaşlı uşaq pəncərədən yıxılıb öldü 15:10, 24 dekabr 2019
GÜLAĞA QƏNBƏROV (TƏNHA): "DAVAM EDƏCƏK İSLAHATLARA MANE OLANLARA YERLƏRİNİ GÖSTƏRƏCƏYİK!" 23:38, 23 dekabr 2019
Gürcüstan XİN başçısından “Keşikçidağ” AÇIQLAMASI 16:14, 23 dekabr 2019
Qonşu ölkədə virus təhlükəsi 15:45, 23 dekabr 2019
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə