Təqvim
Pekində Çin və Azərbaycan elmi tərəfdaşlığına dair konfrans keçirilib (+FOTO)
16 may 2019 - 14:19

 Canveten.az xəbər verir ki, mayın 14-də Çinin paytaxtı Pekində “Çin və Azərbaycan tərəfdaşlığı: yeni imkanlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirin təşkilatçıları Çin Sosial Elmlər Akademiyası (ÇSEA) və AMEA-dır.

Beynəlxalq forumda çinli alimlərlə yanaşı, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d. Esmira Əlirzayeva, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, institutun elmi katibi, i.ü.f.d. Rəsmiyyə Abdullayeva, şöbə müdiri, i.ü.f.d. Leyli Allahverdiyeva və aparıcı elmi işçi Aqil Eyvazov iştirak ediblər.  

Tədbirdə Çin və Azərbaycan arasında iqtisadiyyat sahəsində tərəfdaşlıq, yeni imkanlar, elm sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri üzrə müzakirələr aparılıb.

Tədbirdə Nazim İmanov “Ölkələrin iqtisadi modellər üzrə təsnifləşdirilməsi”, Rəsmiyyə Abdullayeva “Azərbaycanda sosial müdafiə sisteminin dövlət tənzimlənməsi”, Leyli Allahverdiyeva “Şəbəkə hazırlığı indeksi: xarici ticarətin liberallıq dərəcəsindən asılılığı və iqtisadi əhəmiyyəti”, Aqil Eyvazov isə “Azərbaycanda iqtisadi islahatlar, biznes mühiti və investisiya imkanları” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələr ətrafında geniş müzakirələr aparılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə