Mayın 10-da Dövlət Gömrük Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının Heydər Əlievin dünya miqyasında nəhəng siyasətçi oduğunu vurğulayan Milli Məclis sədrinin
96 illiyinə həsr olunan tədbir keçirilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tədbiri
giriş sözü ilə açaraq müstəqil Azərbaycanın qurucusu ulu öndərin həyat və fəaliyətindən danışıb
və bildirib ki, ömrünü xalqının, dövlətinin çiçəklənməsinə həsr edən dahi rəhbər vətən sevgisini
hər şeydən üstün tutub. Komitə sədri vurğulayıb ki, müstəqilliyimizin əbədiliyini təmin edən
ümummilli lider dərin dövlətçilik təcrübəsi, yüksək idarəçilik qabiliyyəti sayəsində Azərbaycanı
regionun ən qüdrətli dövlətinə, beynəlxalq aləmin etibarlı üzvünə çevirdi. Ölkəmizin
uzunmüddətli davamlı inkişaf strategiyasının təməlini qoyan Heydər Əliyev bütün sahələrdə
köklü dəyişikliklər apararaq onun iqtisadi tərəqqisinə nail oldu.
Səfər Mehdiyev bildirib ki, bütün dövlət təsisatları kimi gömrük orqanlarının da
formalaşdırılması, ixtisaslı kadrlara, müasir infrastruktura malik olan strateji quruma çevrilməsi
məhz ulu öndərin adı ilə bağlıdır. Dahi rəhbərin gömrük orqanlarının yaradılmasının 5 illiyi
münasibətilə keçirilən mərasimdəki proqram xarakterli çıxışı Azərbaycan Gömrük Xidmətinin
gələcək inkişaf strategiyasını, hədəflərini müəyyənləşdirdi. Gömrük sisteminin formalaşdırılması
istiqamətində həyata keçirdiyi islahatlar, verdiyi tapşırıq və tövsiyələr qısa zaman kəsiyində
Azərbaycan gömrüyünü təkmil bir quruma, dünya gömrük ailəsinin nüfuzlu üzvünə çevirdi.
Komitə sədri onu da bildirib ki, ümummilli liderin ideyalarının layiqli davamçısı Prezident İlham
Əliyevin apardığı məqsədyönlü siyasət, dövlətimizin qüdrətlənməsinə, iqtisadi tərəqqimizin
davamlılığının təmin olunmasına hesablanıb. Son illər bütün sahələrdə olduğu kimi, gömrük
sistemində də aparılan islahatlar gömrük işinin daha da təkmilləşdirilməsinə, beynəlxalq ticarətin
asanlaşdırılmasına, ölkəmizin ixrac potensialının və tranzit imkanlarının artmasına şərait yaradıb.
Ötən ayın sonlarında Azərbaycan Gömrük Xidmətinin Ümumdünya Gömrük Təşkilatının
Avropa Regionuna rəhbər seçilməsini Prezident İlham Əliyevin məqsədyönlü, tərəqqipərvər
daxili və xarici siyasətinin nəticəsi kimi qiymətləndirən Səfər Mehdiyev, gömrük orqanlarının
daim dövlət qayğısı ilə əhatə olunduğunu da vurğulayıb.
Səfər Mehdiyev Azərbaycan Gömrük Xidməti və gömrük əməkdaşlarının Heydər Əliyev irsini
daim yaşadacağını və onun ideyalarına sadiq qalacağını bildirib.
Sonra çıxış üçün söz Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərova verilib.
birinci müavini Azərbaycanın dövlət müstəqilliyinin qorunmasınada, ölkəmizin beynəlxalq
arenada nüfuz qazanmasında ulu öndərin əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki,
müstəqilliyimizin ilk illərində ölkəmizin xarici təcavüzlərdən və təsirlərdən qorunmasında,
daxildə sabitliyin bərqərar edilməsi, ordu quruculuğunun təmin olunmasında Heydər Əliyevin
dərin zəkası, müstəsna idarəçilik qabiliyyəti mühüm rol oynayıb.
Daha sonra ümummilli liderin müasir qanunvericilik bazasının yaradılması, bütün sahələrdə
dövlət quruculuğunun və iqtisadi tərəqqinin təmin edilməsi məqsədilə atdığı uzaqgörən
addımlardan danışan Ziyafət Əsgərov bugünkü Azərbaycanın Heydər Əliyevin əsəri olduğunu və
onun ideyaları yaşadıqca müstəqilliyimizin də yaşayacağını diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli sərəncamına
əsasən, xidmətdə fərqlənən bir qrup gömrük əməkdaşına orden və medallar təqdim olunub.
Tədbirin sonunda Heydər Əliyevin ömür yolundan bəhs edən film nümayiş etdirilib.
Bütün hüquqlar qorunur © 2025