Təqvim
Türkiyənin İzmir şəhərində Azərbaycan Günü keçirilib (+FOTOLAR)
02 may 2019 - 14:02

Canveten.az xəbər verir ki, “Odlar Yurdu” Gənclər İB Azərbaycanı Türkiyədə təmsil edib. 

Avropa Birliyinin “Erasmus Plus” proqramı çərçivəsində Türkiyə Ulusal Ajansının dəstəyi, AKDER Təşkilatının təşkilatçılığı, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə İzmir şəhərində beynəlxalq layihənin icrasına başlanılıb. 6 ölkənin (Bosniya və Herseqovina, Makedoniya, Bolqarıstan,Albaniya, Türkiyə və Azərbaycan) təmsil olunduğu "Pieces of some Puzzle" layihəsi 26 may tarixindən start götürüb və 6 may tarixinədək davam edəcək. Layihə gənclər arasında multikulturalizm ideyalarının təbliğ olunması məqsədi daşıyır. 

Layihə çərçivəsində "İzmir Azərbaycan Kültür və Dayanışma Derneği" və "Odlar Yurdu" GİB-in birgə təşkilatçılığı ilə Azərbaycan Günü təşkil edilib. Dərnəyin rəhbəri açılış nitqi söyləyib və gənclərlə işin, gənclər siyasətinin bütün dünyada o cümlədən Türkiyədə əhəmiyyətini vurğulayıb. Azərbaycan Türkiyə münasibətlərinə toxunub. Daha sonra birliyin sədri Nigar Ələsgərova layihə iştirakçılarını salamlayıb, bu səpkidə keçirilən layihələrin ölkələrin mədəniyyətlərinin təbliğ olunmasında, gənclərin dünyagörüşlərinin artırılmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. AKDER təşkilatı ilə 4-cü uğurlu əməkdaşlıq çərçivəsində baş tutan layihəyə görə təşkilatçılara təşəkkürünü bildirib. Daha sonra layihədə təmsil olunan gənclər Azərbaycan tarixi, mətbəxi, mədəniyyəti və s. haqqında təqdimatla çıxış edib, müxtəlif video çarxlar nümayiş etdiriblər. Təqdimat böyük maraqla qarşılanıb. Azərbaycanla bağlı suallara doğru cavab verən xarici gənclərə ölkəni təsvir edən kiçik hədiyyələr təqdim olunub. "İzmir Azərbaycan Kültür və Dayanışma Derneği"nə isə Gəncə ilə bağlı kitab hədiyyə olunub. Layihədə "Odlar Yurdu" Gənclər İB-nin beynəlxalq 5 nəfər fəal siması, beynəlxalq əlaqələr departamentinin rəhbəri İntizar Mehdiyeva, baş katib Ruslan Vəliyev, layihələr üzrə menecer Xəzər Cabbarlı, nəzarət təftiş komissiyasının üzvü Əmrah Cəfərov, tədbirlərin təşkili üzrə menecer Gülnar Abışova iştirak edib. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :       

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT, QHT, İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə