Canveten.az xəbər verir ki, mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında AMEA-nın vitse-prezidenti və Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib. Gizli səsvermə yolu ilə keçirilən seçkilərdə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Seçkilərin nəticəsinə görə, akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti, akademik Vaqif Fərzəliyev isə Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçiliblər. Qeyd edək ki, AMEA-nın akademik-katibi vəzifəsini AMEA-nın müxbir üzvü Əminağa Sadıqov icra edəcək. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024