02 may 2019 - 13:55
Canveten.az xəbər verir ki, mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında AMEA-nın vitse-prezidenti və Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib.
Gizli səsvermə yolu ilə keçirilən seçkilərdə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Seçkilərin nəticəsinə görə, akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti, akademik Vaqif Fərzəliyev isə Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçiliblər.
Qeyd edək ki, AMEA-nın akademik-katibi vəzifəsini AMEA-nın müxbir üzvü Əminağa Sadıqov icra edəcək.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )