Təqvim
Tamaşaçıların xahişi ilə “Balaca Şahzadə” (+FOTOLAR)
01 may 2019 - 18:08

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçıların çoxsaylı xahişlərini nəzərə alaraq, Antuan de Sent-Ekzüperinin dünyaca məşhur “Balaca Şahzadə” əsərinin motivləri əsasında hazırladığı eyniadlı tamaşasını may ayının 3-ü saat 19:00, 4-ü saat 12:00 və 15:00-da, 31-i saat 19:00, “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə isə saat 12:00-da nümayiş etdirəcək.

Qurumun mətbuat xidmətindən bildirilib ki, “Balaca Şahzadə” dinamik süjet xəttinə, dərin fəlsəfi mənaya malik olmaqla yanaşı, peşəkar aktyorların və balet artistlərinin mükəmməl ifaları ilə onu seyr edən tamaşaçılarda xoş təəssüratlar yara bilib. Bunu təkcə anşlaqla keçən tamaşalardan deyil, sosial şəbəkələr vasitəsilə teatrın rəsmi səhifələrinə  ünvanlanan təşəkkür və təbrik dolu mesajlardan da görmək olur.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti, "Şöhrət" və "Şərəf” ordenli Prezident təqaüdçüsü Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmi, rejissoru Əməkdar artist Nofəl Vəliyevdir, səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmalar isə “Bakı Media Mərkəzi”nə məxsusdur. 

Balaca Şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru – adı “Qızıl kitab”a yazılan Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandıracaq. Digər rolları Əməkdar artistlər - Ələkbər Əliyev (Kral), Şövqi Hüseynov (Tülkü), aktyorlar - Əmrah Dadaşov (Təyyarəçi), Nicat Əli (Dərviş) Aydan Həsənova (Qızılgül), Əliməmməd Novruzov (Şoumen), Məhərrəm Qurbanov (Əyyaş), Hüseyn Əlili (Fənərçi), Rauf Babayev (Kommersant), Emil Heydərov (Qlobus), İbrahim Əlizadə (Ora-bura) ifa edirlər. Tamaşanı teatrın rejissor assistenti Sevinc Məmmədova idarə edir.

Qeyd edək ki, layihə rəhbəri Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyeva olan “Balaca Şahzadə” tamaşası üçün orta məktəblər, eləcə də, idarə və müəssisələrdən kollektiv şəkildə sifarişlər qəbul edilir.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən və  “iticket.az” saytından əldə etmək olar.  

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə