Canveten.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasındagörkəmliAzərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi aprelin 24-dəAzərbaycan Texniki Universitetində (AzTU)qeyd olunub. Tədbiri ilk çıxışı ilə açan AzTU-nun prorektoru, professor İsa Xəlilov əsrlərdən bəri qorunub saxlanılan və bu gün də öz aktuallığını itirməyən Şərqin dahi söz ustası İmadəddin Nəsiminin poeziyasının öz fəlsəfi yaradıcılığı ilə seçilən ədəbi məktəb olduğunu bildirib.Azərbaycan ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə bu gün də yüksək qiymət verildiyini qeyd edən professor, Nəsimiirsinin müasir dövrümüzdə də insanların mənəvi kamilləşməsinə xidmət etdiyini bildirib. Çıxışlarda dahi şairin həyat və yaradıcılığından söz açılıb vəAzərbaycan tarixinəfəlsəfi şair kimi daxil olan Nəsimininyaradıcılığında təsvir olunan müdrik və kamil insanlığın təbliğindən danışılıb. Tədbirdə Nəsimi yaradıcılığı ilə sıx bağlı olan ölkəmizin tanınmış kino, mədəniyyət və incəsənət korifeyləri, xadimləri iştirak ediblər. Daha sonra Azərbaycanın tanınmış xanəndələrininifası və AzTU tələbələrinin şairin poeziyasından hazırladıqları kompozisiyalar təqdim olunub. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024