Təqvim
Youth Inc. Sahibkarlıq Proqramının koordiantoru beynəlxalq layihədə iştirak edir (+FOTOLAR)
25 aprel 2019 - 03:00

Canveten.az xəbər verir ki,  2012 - ci ildən bəri fəaliyyət göstərən “Youth Inc.” Sahibkarlıq Proqramının koordinatoru Zaur Ünsizadə, Avropa Komissiyası tərəfindən maliyyəşən “Erasmus+” çərçivəsində ilk mərhələsi 12-18 Aprel 2019-cu il tarixləri arasında Avropanın bir neçə şəhərində baş tutan “Start it UP, Keep it UP” layihəsində iştirak edir.Layihənin digər mərhələləri növbəti aylarda davam edəcək. Zaur Ünsizadə Avropanın 3 ölkəsini əhatə edən bu layihədə iştirak edən 5 Azərbaycanlı nümayəndə heyətindən biridir.

 

“Start it UP, Keep it UP” layihəsi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) 2018-ci ildə Avropa Komissiyası (European Union) tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramının qrant müsabiqəsində qalibi olub. “Start it UP, Keep it UP" layihəsi 2020-ci ilin sonuna qədər davam edəcək və əsas məqsədi gəncləri sosial sahibkarlıq sahəsində iştirak etmək, həvəsləndirmək və maarifləndirməkdir. Azərbaycanın da aralarında olduğu layihənin 6 tərəfdaş ölkəsinin (Azərbaycan, Bolqarıstan, Latviya, Türkiyə, Yunanıstan və Xorvatiya) hər birindən 4 iştirakçı və 1 koordinator layihədə iştirak edir.

 

Zaur Ünsizadə ölkəmizi təmsil edən komanda ilə iştirakçısı olduğu layihə çərçivəsində adı çəkilən ölkələrdə təlimlərə qatılmaqla yanaşı, müxtəlif startaplar və biznes inkubator nümayəndələri ilə görüşlər keçirərək, “Youth Inc.” Sahibkarlıq Proqramı və proqram tərəfindən icra edilən New Generation (Yeni Nəsil) layihəsini iştirakçılara təqdim edib. Bundan əlavə Zaur Ünsizadə keçirilən görüş və təlimlərdə “Virgin Ecosystem” başlıqlı təqdimatı ilə startap ekosisteminin inkişafına əngəl olan amillərdən və s. danışıb.

 

Qeyd edək ki, layihənin icrasına Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) və "Institute of Youth Power" təşkilatının təşkilatçılığı ilə Xorvatiyanın Kutina şəhərində başlanılaraq Makedoniya və Yunanıstanda davam edəcəkdir.

 

Sahib A. Gülməmmədov

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          


 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə