Təqvim
Azərbaycanlı namusuna başsağlığı əvəzinə... - Aydın Canıyev yazır..
20 aprel 2019 - 16:29

Çingiz xan - tarixin məğlubedilməz sərkərdələrindən biri, monqol oğlu monqol, dünya fatehlərinin ən şərafətlisi, - bir qayda qoymuşdu ölkəsində: qadına toxunmaq olmaz!!! Çingiz xanın hər bir monqol üçün nəinki piyada, heç atla gedib axırına çata bilmədiyi məmləkətində "hamilə bir qadın gecə saat ikinin yarısında iki kiloyarım qızılla tam arxayın gəzə bilərdi, istədiyi yerdən istədiyi yerə istədiyi vaxt tək gedə bilərdi əminliklə və arxayınlıqla" (Türkiyədə nəşr olunan "Aktüel" jurnalında belə yazılmışdı - rəhmətlik Məmməd Aslan mənə vermişdi 10 nömrəsini, hər bir nömrə hər əsrin dahisinə həsr olunmuşdu).
Və bilirsinizmi Çingiz xan niyə qadına bu qədər dəyər, önəm verirdi?
... Təxmini yadımda qalıb (yazı 2003-cü ildə, dəyərli dostum və qardaşım Etibar Cəbrayıloğlu demişkən, bir disketlə cibimdə buraxdığım "Üçüncü Azərbaycan" qəzetində tam versiyada dərc olunub), uyğun olmayan nəsə olsa, boş verin, mahiyyətə diqqət yetirin, lütfən: deməli, Çingiz xanın uşaqlığı dövründə əri qızlar özləri seçirdi 9 yaşdan sonra. Babasıyla babasının dostunun evinə qonaq gələn Çingizi görən qız evdə elçilik nişanını - şir dərisini gətirib atır onun üstünə. Bu o demək idi ki, mən səni seçdim və sən məni almalısan. Bəli, şirinçay, dəm-dəsgah...
İndi Çingizin anası qızgördüyə gəlməlidi və adət də buymuş ki, Çingiz hər dəfə qızı görməyə gələndə mütləq də bu şir dərisini özüylə gətirməliymiş. Çingiz anasını və şir dərisini tərkinə alıb gəlir gələcək xanımın evinə.
O vaxt indiki kimi qurma işlər olmasa da, bəsit formada irəlicədən razılıqlar da olub bu konuda, amma day qız Çingizi seçibmiş deyə, qızı özünə gəlin görmək istəyən başqa bir qəbilə düşmənçiliyə əl atır: qızı və onun Çingizə verdiyi şir dərisini ələ keçirmək üçün hücum edirlər.
Çingiz seçim qarşısında qalır: ya qızı və şir dərisini götürüb aradan çıxmalı, ya da anasını və şir dərisini. Çingiz şir dərisini və anasını götürüb aradan çıxır və başlayır ordu yığmağa.
40 min atlı ilə həmin qəbilədə dünyaya uşaq əkə, gətirə biləcək bir nəfər də saxlamır, at tapdaqları altında məhv edir, silir yer üzündən! Üstəlik də onu seçən qızı... düşməndən olan oğluyla gətirir evinə (həmin oğlan, deyilənə görə, Əfqanıstanın əsasını dövlət kimi qurmuş Zahirəddin şahın babası olub).
Uzun illər keçir, Çingiz dünyanın fəthiylə məşhurlaşır və həmin zorlanan xanımını baş hərəm edir, ondan olan oğlunu 1-ci ordunun komandiri.
Onda da "politbüro" olub, amma onun üzvləri indiki "politbüro" üzvləri kimi xiyar olmayıblar, cəsarətləri olub Çingizə desinlər ki, ay kişi, dünyanın fatehisən, bu zorlanmışı, doğuzdurulmuşu niyə baş hərəm, özünün olmayan oğlunu 1-ci ordunun komandiri edibsən? Tipa Ziya Bünyadov kimisi də.
Çingiz Xan deyir:
- Ala, dəmşalağ, elə belə daqqa-daqqa danışmaqla deyil e, anlamaq lazımdı ki, o qızı məni seçdiyinə görə qaçırdılar, zorladılar, doğuzdurdular, mənim borcum idi onun ləkələnmiş namusunun qisasını almaq. Əgər mən 10 yaşından bu qeyrətdə, bu düşüncədə olmasaydım, bu mübarizliyi allah mənə verməzdi!
Bəli, demək istədiyim bu: Çingiz xan monqol qızına - onu özünə ər bilən qadına dil, əl uzadanın tayfasını at ayaqları altında tapdatdı! Coğrafi fəthlər sonra oldu! İlk fəth namus fəthidi, xalqının, özünün olan qadını qorumaqdı, ləkələnibsə, qisasını almaq kişiliyindir!
SON SÖZ ƏVƏZİ: 14 yaşında qızı 15 yaşında bir küçük ölümə sürükləyir, 14 yaşında bir qıza ayrı bir küçük küçədə əl qaldırır, bir həftədə 8 intihar, 3 intihara cəhd olur, 18 yaşlı hamilə gəlin özünü çaya atır, 23 yaşlı ananın uşaqları əlindən alınır!
Siz kişisinizmi, ərsinizmi, "voobşe", böyüyünüz kimdir?
Rusiya Prokurorluğunda bu yaxınlarda çox yüksək rütbəli zabitlə söhbətim zamanı nəzərinə çatdırdım: "Mən həmişə düşünürdüm ki, Rusiyada cinayətkarlığın səviyyəsi niyə bəsit, sayı həddən artıq çoxdur. İndi tapdım: Rusiyada qanunlar tənbəl qanunlardır, Rusiyadakı qanunların mahiyyətində mərhəmət, kişilik, dəyər yoxdur. Mən bu barədə Prezident Putinə yazacam"
Biz isə ruslardan da qabaq getmişik: qeyrətimiz də tənbəlləşib!
Allah sənə rəhmət eləsinmi, Azərbaycanlı namusu?
Adam da 14 yaşlı qıza gəlib deyərmi ki, sən 14 yaşında intihara məcbur olunmuş qızın ölümünə niyə etiraz etmisən?Bu qız sənin sevgilin deyil, sənə yalan danışmayıb, sənə xəyanət etməyib, özün, nəslin, evindəki ana-bacın, toxum-tayfandakı tuman geyənlərin heç biri nə o qızın anası qeyrətdədi, nə də bir kişi o qızın atasıyla tay gələr!
14-18-23 yaşlı qızları, gəlinləri, anaları ölümə sürüklənən məmləkətdə hansı namusdan danışmaq olar?

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM, Marketinq və reklam
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə