Təqvim
Erkən Nikaha Son! layihə tədbirləri başa çatmışdır (+FOTOLAR)
25 mart 2019 - 22:08

Canveten.az xəbər verir ki, 05 dekabr 2018 - 05 mart 2019 tarixlərində icrası Şirvan, Sabirabad, Kürdəmir rayonlarında nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilmiş “Erkən Nikaha Son!” adlı layihəsi çərçivəsində tədbirlər başa çatmışdır. Tədbirlər ərəfəsində ümumilikdə 4 fərqli qrupda 120-dən çox iştirakçıya seminarlar keçirilmişdir. İştirakçılar əsasən məktəbin 8-11.ci sinif şagirdlərindən təşkil olunmuşdur. Aktiv iştirakçılara seminarlardan sonra sertifikatlar təqdim olunmuşdur. Tədbir zamanı layihə ilə bağlı ilkin və ümumi məlumatlandırıcı xarakterli kitabça, flayer və bukletlər də paylanmışdır.

 

Qeyd edək ki, layihə üzrə Şirvan, Sabirabad, Kürdəmir rayonlarının öncədən müəyyənləşdirilməsi heç də bir mənalı deyildir. Belə ki, layihənin ilkin mərhələsində regionun əhalisi arasında sorğu və müşahidə üsulu ilə araşdırmalar aparılmış. Hədəf qrupların mövzu üzrə fikr və düşüncələri təhlil edilmişdir.

 

Müvafiq layihə istiqamətində start götürmüş seminarlar çərçivəsində ilk növbədə öncədən müəyyənləşdirilmiş və seçilmiş region gənclərinə hədəf qrupa daxil olan ərazilərdə problemin qarşılaşılan ciddi fəsadları, mövcud durum təhlili təqdim olunmuşdur. Əsasən erkən nigaha məruz qalma hallarının rastlaşıldığı üçün gənclərin və valideynlərin də iştirakı ilə problemin ağır nəticələri və həll yolları müzakirə olunmuşdur. Müzakirələr nəticəsində iştirakçıların problemlə bağlı müdaxiləsi və həmin müdaxilələrin effektivlik təsiri ayrıca təhlil edilmişdir.

 

Erkən Nikaha Son ! deyən və aktiv iştirakı ilə seçilərək, müəyyən edilən 20-ə yaxın gəncə sertifikatlar təqdim edilmişdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə