Canveten.az xəbər verir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də bayram günləri öncəsi bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan mallar gətirməyə cəhdlər edirlər və bu kimi halların qarşısı qətiyyətlə alınır. Növbəti belə bir fakt Bakı Baş Gömrük İdarəsi əməkdaşları tərəfindən aşkarlanıb. Belə ki, idarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində "Mercedes-Benz 408" markalı yük avtomobilinin arxa yük yerində Azərbaycan vətəndaşına məxsus müxtəlif markalı 912989 ədəd pirotexniki vasitələr aşkar edilib. Faktla bağlı araşdırma aparılır. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024