Təqvim
"Gənc Sahibkar Ol!" layihəsi uğurla başa çatıb (+FOTOLAR)
11 mart 2019 - 02:27

Canveten.az xəbər verir ki,  Şəki Tibb Kollecində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Şəki şəhər Gənclər və İdman İdarəsinin, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin (DVC), Şəki Regional Debat Mərkəzinin və "Youth Inc." Sahibkarlıq Proqramının birgə tərəfdaşlığı iləhəyata keçirilən "Gənc Sahibkar Ol!" layihəsinin "Bağlanış və Mükafatlandırma” mərasimi baş tutub.

Layihə çərçivəsində Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialı və Şəki Tibb Kollecində üç fərqli auditoriya üçün ümumilikdə 120-dən çox tələbənin iştirakı ilə təlimlər keçirilmişdir. Təlimlərin yekununda ümümilikdə 15 biznes plan təqdim olunduqdan sonra, 6 biznes plan seçilərək final mərhələsində keçid almışdır. Komandalar öz biznes ideyalarına uyğun olaraq hazırladıqları biznes planlarını tarixində Şəki Tibb Kollecində təqdim ediblər.

Tədbirin açılış nitqində çıxış edən layihə rəhbəri Nihad Məmmədkərimov layihənin məqsədi, təlimlərin keçirildiyi yerlər, təlimin istiqamətləri haqqında hesabat xarakterli məlumat verərək və qeyd edib ki, "Gənc Sahibkar Ol!" layihəsinin əsas məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinə təşəbbüs və bu sahə haqqında biliklərin artırılmasıdır.

Şəki Tibb Kollecinin əməkdaşı Pərvanə Məmmədova çıxışında sahibkarlıqla bağlı keçirilən təlimlərin tələbərin dünya görüşünün artırımlasında mühüm rol oynadığını bildirdi və təşəkkürlərini çatdırıb.

Çıxış edən "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin (DVC) Regional Mərkəzlər üzrə meneceri Etiram Sadıqzadə isə öz növbəsində DVC-nin fəaliyyəti haqqında məlumat verərək və bildirib ki, təşkilatın aparıcı proqramlarından biri də "Youth Inc." Sahibkarlıq Proqramıdır. Layihənin tərəfdaşı olan proqramın əsas məqsədi məhz gənclərin sahibkarlıq fəaliyyətinə dəstək olmaqdır. “Həmçinin bizimdə bu layihəyə tərəfdaş olmaqda məqsədimiz qazandığımız təcrübənin siz gənclərə ötürülməsindən ibarətdir” deyərək öz çıxışını davam etdirib.

Daha sonra Şəki Regional Debat Mərkəzinin üzvü Rəhimə Rüstəmovavə həyata keçirilmiş layihənin fəal iştirakçısı Aytac Əhmədova çıxış edərək, layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edərək, təlimlərin, onları və digər iştirakçıların bu sahəyə marağını daha da artırdığını bildirdi.

Yekunda layihə təqdimatı həyata keçirən komandalar arasında ən yaxşı üç komanda müvafiq ardıcıllaqla elan olundu və yer tutan komanda iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib.

 

Sahib A. Gülməmmədov
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

Sosial şəbəkələrdə paylaş:
Gülağa Tənha Keçmişi unutmaq olmaz!12:35, 19 yanvar 2021
Gülağa Tənha "Cavab beş" müsahibəsi13:21, 18 yanvar 2021
“ASAN xidmət”dən Qələbəni bizə yaşadanlar üçün xüsusi xidmət 22:25, 17 yanvar 2021
BDU-nun jurnalistika fakültəsinin tələbəsi Əsgər İsmayılov yazır: Xatirimizdə "Yaddaş muzeyi" olaraq yaşayacaq şəkil... 22:11, 17 yanvar 2021
Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün komissiya yaradıldı 21:53, 17 yanvar 2021
Vaksinasiyadan imtina edənləri hansı cəza gözləyir? - TƏBİB-dən AÇIQLAMA 19:55, 17 yanvar 2021
Azərbaycanda xüsusi karantin rejimi BU TARİXƏDƏK uzadıldı 19:51, 17 yanvar 2021
Məktəblərlə bağlı VACİB AÇIQLAMA 19:30, 17 yanvar 2021
Karantin rejimilə bağlı NƏ DƏYİŞDİ? - İZAH 19:24, 17 yanvar 2021
Azərbaycan təsəvvür edə bilməyəcəyimiz bir mövqeyə sahib oldu - Deputat 18:31, 17 yanvar 2021
Deputat Azay Guliyev: Prezident İlham Əliyevin islam və xristian dünyasına Şuşadan verdiyi mesaj barədə yazıb 18:13, 17 yanvar 2021
Gülağa Tənha Qərar qəbul etmə prinsipi və...14:30, 17 yanvar 2021
Səhiyyə Nazirliyi: Vaksin təhlükəsizdir 20:12, 16 yanvar 2021
Gürcüstanda iki nəfəri girov götürən keçmiş polis əməkdaşı saxlanılıb 20:07, 16 yanvar 2021
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlayır - İlk olaraq ONLARA vaksin vurulacaq 19:44, 16 yanvar 2021
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur 19:37, 16 yanvar 2021
Bu sahələrin fəaliyyəti bərpa olunur - SİYAHI 19:00, 16 yanvar 2021
Yaqut Qarayeva: Hazırda bu şəxslərin vaksinasiyasına ehtiyac yoxdur - Müsahibə 18:49, 16 yanvar 2021
Hərəkətsizlik və həzm prosesinin düzgün getməməsi uşaqlarda piylənməyə səbəb olur 16:02, 16 yanvar 2021
Ölümlə mistik əlaqə: Saatlardakı ürkütücü müəmma... 13:51, 16 yanvar 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə