Təqvim
YUNESKO-nun 25 illiyi (+FOTOLAR)
10 mart 2019 - 21:21

Canveten.az xəbər verir ki,  6 mart tarixində Beynəlxalq Muğam Mərkəzində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş mədəni tədbir keçirilmişdir. Tədbir Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Tədbirdən öncə Muğam Mərkəzinin foyesində Qədim Musiqi Alətləri Dövlət Ansamblının çıxışı və DA incəsənət studiyasının gənc rəssamlarının ölkəmizin YUNESKO-nun müvafiq siyahısına daxil edilmiş qeyri-maddi mədəni irs nümunələrinə həsr edilən əsərlərindən ibarət sərgisi təqdim olunmuşdur.

Tədbirin əvvəlində Azərbaycan Dövlət Televiziyası və  YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə hazırladığı qısametrajlı film göstərilmişdir. Filmdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti, Azərbaycan-YUNESKO əməkdaşlığının inkişaf mərhələləri, ölkəmizin əldə etdiyi uğurlar və digər məsələlər öz əksini tapmışdır.

Tədbirdə Azərbaycanın tanınmış xanəndələri xalq artisti Mənsum İbrahimov, əməkdar artist Arzu Əliyeva, əməkdar artistlər - tarzən Elçin Həşimov və kamança ustası Elnur Əhmədov, F.Əmirov adına Əməkdar Kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, gənc aşıqlar kollektivi, Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi, gənc muğam ifaçısı Kənan Bayramov çıxış etmişdir.

            Mədəni tədbirdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Komissiyanın üzvləri, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, eləcə də  mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.

Tədbir zamanı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası tərəfindən birgə hazırlanan, muğam parçalarından ibarət CD albom və Azərbaycan-YUNESKO münasibətlərinə həsr olunmuş aidiyyəti nəşrlər təqdim olunmuşdur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə