Təqvim
“Mən də ƏSGƏRƏM” adlı sosial çarxların təqdimatı keçirilib (+FOTOLAR)
09 mart 2019 - 23:12

Canveten.az xəbər verir ki,  “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Mən də ƏSGƏRƏM” layihəsini başa vurub. Layihənin əsas məqsədi gənclərin vətənpərvər ruhda böyüməsi, xalqının vətənpərvər övladlarının həyat yolu ilə tanış olmaları, həmçinin gənclərin orduya, əsgərə hörmətlə yanaşmalarını tərənnüm etmək üçün sosial çarxların hazırlanması olub.Layihə çərçivəsində çox maraqlı iki videoçarxlar hazırlanıb. Fevral ayının 28-də Sabunçu Gənclər Evində layihə çərçivəsində görülən işlər haqqında məlumatlandırma, həmçinin hazırlanan bu videoçarxların təqdimatı keçirilib.

Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “İnnovasiyaya Doğru” Gənclərə Dəsətək İctimai Birliyinin sədri Rəşad Cəfərov Gənclər Fondunun fəaliyyəti və təşkilatın həyata keçirdiyi “Məndə də ƏSGƏRƏM” layihəsi haqqında məlumat verib. O, çıxışında bildirib ki: “Danılmaz bir faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Hər bir ordunun güclü əsgərə ehtiyacı var. Vətənpərvər gənc qəhrəman gənc, qəhrəman gənc isə güclü ordu deməkdir. Sözsüz ki, Azərbaycan ordusu bölgənin ən güclü ordularındandır. Buna baxmayaraq hər bir ölkədə əsgərə mənəvi dəstək, hörmət bu ölkənin ordusunun başını həmişə uca edib. Gənclər arasında əsgərə hörmət hissinin aşılanması vacib şərtlərdəndir. Müharibə şəraitində yaşayan hər bir ölkənin isə buna daha çox ehtiyacı var.”

Bu çıxışdan sonra tədbir iştirakçıları layihə çərçivəsində hazırlanan videoçarxları izləyiblər.

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Füzuli İsmayılov çıxış edərək videoçarxların çox təsirli alındığını söyləyib.Belə bir təşəbbüsün gənclər tərəfindən atılmasını alqışlayıb.

Digər çıxışçılar dabu cür layihələrin davamlı olmasının vacibliyini vurğulayıblar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ, İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə