Təqvim
Dövlət Gömrük Komitəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib (+FOTO)
09 mart 2019 - 15:01

Canveten.az xəbər verir ki,  Martın 7-də Dövlət Gömrük Komitəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Gömrükçü qadınları təbrik edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general- leytenantı Səfər Mehdiyev Azərbaycanda qadınlara hər zaman xüsusi münasibətin olduğunu vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan qadınları həm mədəniyyət və incəsənət sahəsində, həm də dövlətçiliyimizin inkişafına, xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə yazılıb. Səfər Mehdiyev vurğulayıb ki, müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır.

O da xüsusilə qeyd edilib ki, məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasından sonra ölkədə köklü olaraq qadın siyasətinin əsası qoyuldu. Öz növbəsində, Prezident İlham Əliyevin bu sahəyə ayırdığı diqqət Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzunu sürətlə artırdı. Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, cəmiyyətin bütün sahələrində lider qadınların yetişdirilməsi üçün əsaslı zəmin yaratdı. Bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti bütün dünyaya sübut edir ki, Azərbaycan qadını eyni zamanda fəal ictimai xadimdir.

Səfər Mehdiyev onu da diqqətə çatdırıb ki, ötən il Azərbaycan gömrüyünün tarixində ilk dəfə olaraq xidmətə qəbulla əlaqədar müsabiqə yalnız qadın namizədlərin iştirakı ilə keçirilib. Müsabiqə gender bərabərliyinin təmin olunması istiqamətində dövlət siyasətindən irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədilə təşkil olunub. Dövlət Gömrük Komitəsi gender bərabərliyi sahəsində görülən işlərə öz töhfəsini əsirgəmir və sözügedən müsabiqənin keçirilməsi də cəmiyyətimizdə qadınlara göstərilən yüksək qayğının, etimadın bariz nümunəsidir.

Ölkə həyatının bütün sahələrində uğurlu fəaliyyət göstərən, cəmiyyət quruculuğuna öz dəyərli töhfələrini verən qadınlarımızın əməyinin müstəqil Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildiyini deyən DGK sədri, iqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan gömrükçü qadınların fəaliyyətindən də bəhs edib və onlara ailə səadəti, işlərində yeni-yeni uğurlar arzulayıb.

Mərasimin sonunda gömrükçü qadınlara bayram hədiyyəsi, gül-çiçək dəstələri təqdim olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə