Bir dövran istərəm səkkizi martda... Əzizim TİTİ-yə həsr edirəm. QADINlar Günümüz Mübarək! #Qadınıqoru Bir dövran istərəm səkkizi martda Qız övlad sayılsın evin çırağı. Qorxudan yatmayan “günahkar” ana, Qızını oxşayıb vursun darağı O incə telinə... - nazını alsın, Bu qəddar dünyadan qızını alsın. Bir ata olsun ki, dolsun gözləri, Boynuna dolanan fidan ətrindən... Bir ata olsun ki, tutub izləri Qoy dağlara qalxsın bircə sətrindən... Bir dövran istərəm səkkizi martda, Atası qızına yazmaq öyrədə, Göstərib həyatın qara üzlərin, Cəsarət öyrədə, pozmaq öyrədə Qızı danışanda çıxa yadından Dünyanın kədəri, bəxtiyar ola, Oxusun, qoy qızı, daim yar ola, Dayaq ola ona, güc-təkan verə... Cehiztək təhsili ərmağan verə. Bir ailə olsun oğullarını Bacısına yoldaş , sirdaş böyüdə, Elinin qızına qardaş böyüdə. Qoy o oğul bilsin qadını uca, Özün yüskək bilib, çıxmasın puça... Bir dövran istərəm səkkizi martda, Anası, nənəsi pulu güdməyə, Rəfiqə paxıllıq yolu güdməyə... Qızlar sayılmaya şəxsi mülkiyət, Bitə bu rəzalət, acı xəyanət! Qadınlı-kişili kifayət deyə, Anladım, mən birəm, nəhayət deyə! Bərabər olmasaq, biz bir olmasaq, Bir yerdə açılıb, birgə solmasaq, Pozular cahanın ulu nizamı, ALLAH saxla bunu, vermə cəzamı... Bir dövran istərəm səkkizi martda, Bir yox iki qızım gələ dünyaya, Təbəssüm eləyə, gülə dünyaya... Qurtara cahanı onun şən səsi, Qadındır həyatın nəbzi, nəfəsi... 08 mart 2019-cu il, 01:31 – Taleh HunobaNurlu (Mirzəyev) ADPU, III kurs ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Zülmət ləkələri qadın adından...
Bütün hüquqlar qorunur © 2025