Təqvim
Elnarə “Xocalıya ədalət”I jest dilində təqdim etdi (+FOTOLAR)
27 fevral 2019 - 02:23

Canveten.az xəbər verir ki,  Müğənni Elnarə Xəlilovanın “Justice for Khojali” (“Xocalıya ədalət”) adlı mahnısına jest dilində klip çəkilib. Layihə “Araxçın” MMC və “Silent Communicatian” komandasının təşkilatçılığı ilə ərsəyə gəlib. Nizami Kino Mərkəzində ekran işinin təqdimatı olub. Klipdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı xüsusi internat məktəbinin şagirdləri çəkilib. 

Təqdimat mərasimində bir dəqiqəlik sükutdan sonra həmin şagirdlərin ifasında Azərbaycan Himni ilə başladı. Klipə baxdıqdan sonra isə mahnı sözlərinin müəllifi, Xocalı hadisələrinin canlı şahidi Yasif Savalan, Karlara Dəstək İctimai Birliyinin sədri Kamran Abbasov, Gənclər üçün təhsil mərkəzinin direktoru Fəxrəddin Həsənzadə və Elnarə Xəlilova, Araxçın MMC-nin rəhbəri Fatimə Süleymanova, jest dili surdo tərcüməçisi Könül Quliyeva təəssüratlarını bölüşdülər.

Mahnı eyni zamanda İngilis və Azərbaycan dillərində də ifa edilib. Bəstənin sözləri Azərbaycan Dillər Universitetinin müəllimi, əslən Xocalıdan olan Yusif Savalan, musiqisi Elnarənin özünə, aranjimanı Emil Həşimova aiddir. Jest dili ilə ekranlaşdırılan “Xocalıya ədalət” klipinin rejissoru Orxan Bektaş, prodüseri Cihan Deveci, operatoru Əhməd Baraşov, asistenti Elxan Kazımlıdır.

Sənətçi mahnının İngilis dilində olmasına da aydınlıq gətirib: “Məqsədimiz bütün dünyaya Xocalı soyqırımını çatdırmaqdır. Mən sözləri oxuduqdan sonra o qədər təsirləndim ki, bir günün içində ona musiqi yazdım. Jest dili isə bütün dünyada olan məhdudiyyətli insanlara Xocalı soyqırımı haqqında məlumat verəcək”.

Klipi bu linkdən izləyə bilərsiniz:  https://www.youtube.com/watch?v=vYy77xJmwok&feature=youtu.be

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə