Təqvim
Özbəkistanda Beynəlxalq Ana Dili Günü tədbirində Azərbaycan dili və mədəniyyətinin təqdimatı olub (+FOTOLAR)
25 fevral 2019 - 16:46

Canveten.az xəbər verir ki, Daşkənddəki Toxuculuq və Yüngül Sənaye İnstitutunda Beynəlxalq Ana Dili Günü ilə bağlı keçirilən geniş tədbirdə ABŞ, Böyük Britaniya, Almaniya, Hindistan və digər ölkələrin səfirlikləri də iştirak edib.

Ölkəmizi bu tədbirdə Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Öncə İnstitutun foyesində müxtəlif səfirliklərin stendləri nümayiş etdirilib. Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı foto, nəşr və milli suvenirlərə dair sərgisi nümayiş etdirilib. Kitab sərgisində Azərbaycanın tarixi, iqtisadiyyatı, ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər nümayiş etdirilib. Azərbaycan milli geyimləri, Qarabağ regionuna aid qadın və bəy geyimləri, musiqi alətlərimizin yer aldığı “Azərbaycan stendi” tələbə və müəllimləri diqqətini cəlb edib. Salonda Azərbaycanın mənzərəli, ölkəmizin turizm imkanlarını özündə əks etdirən fotosərgi iştirakçılara təqdim edilib.

İlk öncə Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutun tələbə qızları və oğlanları Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağın qadın və bəy geyimlərini nümayiş etdiriblər. Geyimlər Azərbaycan Mədəniyət Mərkəzinin “Milli libaslar” kolleksiyasına aiddir. Geyimlər nümayiş etdirildikcə onlar haqqında geniş məlumat verilmiş, tamaşaçılar hər libası alqışlarla qarşılayıblar.

Sonra İnstitutun konfrans zalında tədbirin rəsmi hissəsi davam etdirilib.

İnstitutun rektoru BaxodirjonOnorboev iştirakçıları salamlayaraq Beynəlxalq Ana Dili Günü haqqında  məruzə ilə çıxış etmiş, Özbək dili və onun təşəkkülü, inkişafı məsələləri barədə fikirlərini bölüşüb. O, Əlişir Nəvai, Babur, Çolpan, Fitrət və b. tanınmış əcdadlarının bu dildə danışdığını və böyük bir irs yaratdıqlarını söyləyib.   

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzzinin direktoru Samir Abbasov Ana dilinin müqəddəs olduğunu, müstəqil dövlətlərimizin rəmzi olduğunu qeyd edib. Hər bir xalqın dili onun milli kimliyinin, milli mənsubiyyətinin göstəricisidir deyən diplomat ana dilimizin çətinliklərdən, çoxsaylı sınaqlardan uğurla çıxdığını vurğulayıb. Müstəqillikdən sonra hər iki dövlətdə ana dilində ali məktəblərin, mətbuat vasitələrinin artdığını, dilimizin inkişafı istiqamətində çoxsaylı layihələrin həyata keçirildiyini söyləyib. O, Ulu öndər Heydər Əliyevdən sitat gətirib: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.”

Sonra S.Abbasov Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Ana dili” şerini söyləyib.  

Tədbirdə çıxış edən müxtəlif səfirliklərin təmsilçiləri öz ana dillərində çıxış edərək iştirakçıların bayramını təbrik edib, ana dili haqqında öz fikirlərini bölüşüblər. Onlar ana dilinə hörmət, onun xalqların tarixini, mədəniyyətini gələcək nəsillərə çatdırılması və s. imkanlarından danışıblar.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib, azərbaycanlı sənətkar İlham Abdulalyev milli saz havalarını ifa edib. Digər xalqların nümayəndələri də öz musiqilərini təqdim ediiblər. 

                     

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT, QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə