Təqvim
Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu Ağcabədidə (+FOTOLAR)
21 fevral 2019 - 19:09

Canveten.az xəbər verir ki, fevralın 20-də Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimai təşkilatlarının təşkilati dəstəyi ilə “Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu” çərçivəsində ADPU-un  Ağcabədi filialında panel müzakirələri keçirilib. Forum ADPU-un gənc əməkdaşı Sahil Qələndərovun Gənclər Fondunun XI qrant müsabiqəsindən qazandığı layihədir.

   Forum çərçivəsində özünü inkişaf etdirmək, regionlarda təhsil alan tələbələrlə dostluq əlaqələri qurmaq istəyən hər bir ADPU tələbəsi üçün əlverişli dialoq mühiti yaradılmışdır. 

   Forumun açılışında ADPU-un Ağcabədi filialının direktoru, dosent Mətanət Fərzəliyeva çıxış edib qonaqları, ekspertləri, forum iştirakçılarını salamlayıb, bu müzakirələrin filial tələbələrinin regional inkişafında, onların ölkə miqyaslı layihələrdə iştirakı, gələcək karyeraları üçün əhəmiyyətli bir vasitəçilik missiyasını daşıdığını qeyd elədi.

Daha sonra forumun moderatoru, ADPU-un Tarix və Coğrafiya fakültəsinin III kurs tələbəsi, sosial aktiv gənc Taleh Mirzəyev giriş nitqindən sonra panellər üzrə müzakirələrə start verdi. Forumda “Müasir dünyanın Azərbaycan gənclərinin üzərinə qoyduğu vəzifələr” və “Sosial aktivliyin gənclərin formalaşmasında rolu” bölmələri panel müzakirələri aparılıb.

“Müasir dünyanın Azərbaycan gənclərinin üzərinə qoyduğu vəzifələr” panelində çıxışçılar - ADPU-un Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi, layihə rəhbəri Sahil Qələndərov, ADPU-un Ağcabədi filialının müəllimi Anar Kərimli və ADPU-un Ağcabədi filialının mətbuat katibəsi Qərənfil Rzayeva mövzu üzrə çıxışlar edib, tələbələrin sualları, fikirləri ətrafında müzakirələr davam etdirilib. Vurğulanıb ki, hazırkı dövrdə gənclərimizin üzərinə düşən ən ümdə vəzifələr təşəbbüskarlıq, gənc qızların təhsili, aktiv və vətənpərvər mövqe tutmaq, bir müəllim kimi isə ən əsası sağlam ruhu sabahımızın qarantı olan uşaqlarımıza ötürməkdir.

“Sosial aktivliyin gənclərin formalaşmasında rolu”  adlı paneldə layihə rəhbəri Sahil Qələndərov, ADPU-un Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi (ictimai əsaslarla), ADPU-un fəxri TGT sədri, magistrant Cavid Hüseynov, ADPU-un İbtidai təhsil fakültəsinin III kurs tələbəsi, “ADPU Türk Öğrenci Yönetim Konseyi” rəhbəri Hakan Köse, ADPU-un Ağcabədi filialının TGT sədr müavini İlqar İsayev ekspert qismində çıxışlar ediblər. ADPU-un gənc əməkdaşı, könüllülük sektorunun yetirməsi Sahil Qələndərov sırf ADPU-un timsalında sosial aktivliyin, könüllülük fəaliyyətinin uğur həllərindən, o cümlədən ölkədə və dünyadan  tanınan bir çox şəxslərin vaxtilə könüllülük sektorunda yetişmələrindən söz açdı. Çıxış edən Cavid Hüseynov ictimai aktivliyin gəncə qazandırdığı üstünlüklər, onların qarşılaşa biləcəyi maneələr və çıxış yolları haqda fikirlərini bölüşdü. Sonra Hakan Köse çıxış edib, öz təcrübəsini bölüşüb, bir Türkiyə vətəndaşı kimi Azərbaycanda və ADPU-da qazandığı uğurlar, sosial aktivlikləri sayəsində əldə etdiyi imkanlar, qardaş ölkələrimizin mədəniyyətlərinin təbliği  sahəsində atdıqları addımlar və alınan müsbət nəticələrdən danışıb. Tələbələri maraqlanıran suallar cavablandırılıb, onların fikirləri dinlənilib və Bakıda  yekun foruma nümayəndələr seçilib.

Qeyd edək ki, Forumun yekun mərhələsi fevralın 22-də Bakı şəhərində həyata keçiriləcək və panellərdə ölkənin bir neçə tanınmış ictimai təşkilat rəhbərləri, ictimai xadimlər və alimlər iştirak edəcək. Forumun yekununda bəyənnamə qəbul ediləcək.

Layihənin məqsədi region və paytaxt gəncləri arasında əlaqə yaratmaq və daimi ideya mübadiləsini təmin edəcək "fikir körpüsü" qurmaq, həmçinin, müasir dövrün tələblərini tələbə-gənclərin diqqətinə çatdırıb, onlara gələcək fəaliyyətləri üçün lazımi bilik və bacarıqlara yiyələnmələri üçün düzgün istiqamət göstərməkdir.

 

ADPU-un III kurs tələbəsi Taleh Mirzəyev

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə