Təqvim
Azad Əliyevin 90 illik yubileyi münasibəti ilə violinoçuların I beynəlxalq müsabiqəsi (+FOTOLAR)
20 fevral 2019 - 00:57

Canveten.az xəbər verir ki,  06-09 fevral 2019-cu il tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi  Akademiyasının Böyük zalında görkəmli violinoçu, pedaqoq, ictimai xadim Azad Əliyevin 90 illik yubileyi münasibəti ilə violinoçuların I Beynəlxalq  müsabiqəsi  keçirilib.  Müsabiqəyə 42 ərizə daxil olmuş, 53 iştirakçı mübarizə aparmışdır. Qeyd edək ki, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Rusiya və Ukrayna musiqiçiləri müsabiqədə iştirak etmişlər.

  Müsabiqənin ideya müəllifi, təşkilatçısı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azad Əliyevin tələbəsi olmuş Məleykə Əhədzadədir.

Müsabiqənin münsiflər heyəti arasında Azərbaycanın görkəmli xadimləri, Azərbaycan Respublikasının Xalq artistləri, professorlar Zəhra Quliyeva, Şəhla İbrahimova, Əməkdar İncəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, digər iştirakçı ölkələrdən nümayəndələr, N.Azadoğlu (Türkiyə), D.Madenova (Qazaxıstan),  L.Barştak (İsrail), F.Masuda (Özbəkistan)  vardır. Münsiflər heyətinin sədri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məleykə Əhədzadədir.

Müsabiqədə 4 nominasiya: violin solo, violin duet, kamera ansamblı və konsertmeysterlik ustalığı üzrə iştirakçılar çıxış edib.

 

Violin solonominasiyası üzrə A qrupu (7-9 yaş): Mirzəəhmədov Əsilbəy/Özbəkistan/ müəllim Əhmədova Masuda (I yer),  Əliyeva Amaliya/ Azərbaycan/  müəllim Dadaşova Qəmər (II yer), Mehdiyeva Fatimə /Azərbaycan/ müəllim Həmidova Nailə (III yer)

B qrupu (10-12 yaş):  Kayratkızı Tomiris /Qazaxıstan/ müəllim Madenova Dana (I yer), Əhmədova Səidə /Rusiya-Azərbaycan/ müəllim Ağayeva İlhamə (I yer), Kultayeva Akbope /Qazaxıstan/ müəllim Madenova Dana (II yer), Şavkat Asem /Qazaxıstan/ müəllim Madenova Dana (III yer), Morqunov Vadim/Rusiya/ müəllim Səlimova Gülnarə (Diplom)

C qrupu (13-15 yaş):  Cəfərov Zeyn Rasim /Azərbaycan/ müəllim Məmmədov Hacı (II yer), Aşumov Oruc/Azərbaycan/ müəllim Aslanova Mina (II yer), Məmmədzadə Kənan/Azərbaycan/ müəllim Eyvazov Nadir (II yer)

D qrupu (16-18 yaş): Nəcəfli Canel/Azərbaycan/ müəllim İdiyatullina Fatima (I yer), Mustafazadə Osman /Azərbaycan/ müəllim Quliyeva Zəhra (I yer), Maqamedova Raqimat /Rusiya/ müəllim Yenyukov Nikolay (III yer)

E qrupu (19-21 yaş): Əsədova Ləman /Azərbaycan/ müəllim Quliyeva Zəhra (I yer), Maxkamova Muslimaxon /Özbəkistan/ müəllim Kurbanov Baxrom (II yer), Eyyubov Süleyman /Azərbaycan/ müəllim Ağayeva İlhamə (II yer), Ələkbərli Günel /Azərbaycan/ müəllim Əhədzadə Məleykə (II yer), Abdullayeva Aysel /Azərbaycan/ müəllim Əhədzadə Məleykə (III yer)

F qrupu (22-25 yaş): Pyatovolenko İvan /Ukrayna/ müəllim Bajenov Anatoliy (Gran Prix)

 

Violin duet nominasiyası üzrə C qrupu (13-15 yaş): Muradlı Nəzrin (I violin)-İlyaszadə Hidayət(II violin) /Azərbaycan/ müəllim Mövsümova Fəridə (Diplom)

D qrupu (16-18 yaş): Nəcəfova Gülnar(I violin)-Musayev Hüseyn (II violin)/Azərbaycan/müəllim Əhədzadə Məleykə (III yer), Əbilova Nərmin (I violin)-Bayramova İnci (II violin) /Azərbaycan/ müəllim Əhədzadə Məleykə (Diplom)

 

Kamera ansamblı nominasiyası üzrə D qrupu (16-18 yaş): Əliyeva Fatimeyi Zəhra (fortepiano) - Abubəkirova Renata (violin) /Azərbaycan/ müəllim Əhmədbəyeva Fəridə (I yer)

E qrupu (19-21 yaş): Fortepiano triosu/Azərbaycan/ müəllim Neymanova Kəmalə/ Nəsibli Fatimə (violin), Hüseynov Orxan (violonçel), Manafzadə Atabala (fortepiano) (I yer), Rəsulova Şükufə (violin) - Əhmədbəyova Fəridə (fortepiano) /Azərbaycan/müəllim Əhmədbəyova Fəridə (II yer); Fortepiano kvarteti /Azərbaycan/ müəllim Neymanova Kəmalə Nəsibli Fatimə (violin), Əmişov Əli (viola), Kərimli Əsmər (violoncel), Leyla Zeynalova (fortepiano) (II yer), Mirqulamlı Xədicə (violin) - Əhmədbəyova Fəridə (fortepiano) /Azərbaycan/ müəllim Əhmədbəyova Fəridə (III yer); Simli kvartet /Azərbaycan/  müəllim Nurullayeva Gülnarə/ Nəsibli Fatimə(I violin), Rəsulova Şükufə(II violin), Əmişov Əli(viola), Xuduzadə Təhminə(violonçel) (III yer)

F qrupu (22-25 yaş): Əsgərli Arzu (fortepiano)-Muxtarova Lalə (violin) /Azərbaycan/ müəllim Muxtarova Lalə (III yer)

 

Konsertmeyster ustalığı nominasiyası üzrə: Əhmədbəyova  Fəridə (fortepiano) /Azərbaycan/ (I yer), Muxtarova Lalə (violin) /Azərbaycan/ (I yer), Cəbrayılzadə Sevinc (fortepiano) /Azərbaycan/ (I yer), Xəlilzadə Səma (fortepiano) /Azərbaycan/ (II yer) ə layiq görülüblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə