Təqvim
Özbəkistanda “Nəsimi ədəbiyyat günləri”, poeziya gecəsi və şairin qəzəllərinin Özbək dilinə tərcüməsi və nəşri həyata keçiriləcəkdir
16 fevral 2019 - 01:52

Canveten.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2019-cu il “Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən il ərzində Daşkənddə silsilə tədbirlərin təşkili nəzərdə tutulub.

"Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsini əks etdirən əsərlərinin Özbək dilinə çevrilməsi  əsas prioritet məsələlərdəndir.

Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığına Özbəkistanda da böyük maraq olduğunu qeyd edən  Özbəkistandakı  Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Nəsimi ili” ilə əlaqədar Özbəkistanda “Nəsimi ədəbiyyat günləri”nin keçiriləcəyini bildirib. Diplomat bununla əlaqədar, Azərbaycan və Özbək alimlərinin, ədəbiyyatşünaslarının iştirakı ilə Daşkənddə “Mən əbədiyyət üfüqlərində doğan еşq günəşiyəm” adlı beynəlxalq elmi konfransın keçiriləcəyini söyləyib. O, Nəsiminin qəzəllərinin Özbək dilinə tərcüməsi və Daşkənddə nəşri, il ərzində İmadəddin Nəsimiyə həsr edilmiş “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin keçirilməsinin də nəzərdə tutulduğunu bildirib.

Müsabiqəyə əsasən Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları toplanılacaq. Toplanan əsərlər sonda vahid bir nəşrdə cəm edilərək hər iki dilə tərcümə olunacaq, kitab halında yayımlanacaqdır. Müsabiqənin yekununda iki ölkədən ən dəyərli 2 əsərə (ümumilikdə 4 nəfər) mükafatlar təqdim ediləcəkdir.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitəti, “Kitab dünyası” qəzetinin iştirakı ilə Daşkənddə “Canımı qıldım fəda...” adlı təntənəli poeziya axşamının keçirilməsi nəzərdə tutulmuş tədbirlərdəndir.

Qeyd edək ki, hazırda Azərbaycan Mədəniyyət Mərkəzi bu il Nəsimi irsinə dair Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların kataloqunun hazırlanması, onların surətlərinin qarşılıqlı əsaslarla Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu ilə mübadiləsi layihəsi üzərində çalışır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə