Təqvim
“TELEVİZİYALARIMIZDA “ŞOU” XARAKTERLİ VERİLİŞLƏRİN YERİNİ MİLLİ, VƏTƏNPƏRVƏR LAYİHƏLƏR ALSIN!” – “MÜBARİZLƏR”-İN ALPARSLANI DANIŞDI... (+FOTO)
10 fevral 2019 - 13:11

Canveten.az xəbər verir ki, ötən günlərdə internetdə yayımlanan və Milli Qəhrəmanımız Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan, bir qrup vətənpərvər gəncin birgə fəaliyyəti nəticəsində ərsəyə gələn, qısa müddətdə uğur qazanaraq xeyli izləyicinin böyük maraq dairəsinə sahib olan “MÜBARİZLƏR” filminin baş qəhrəmanı ALPARSLAN obrazını canlandıran AZƏR CARLEONE ilə həmsöhbət olduq. Müsahibimiz biz film və öz yaradıcılığı haqqında danışdı. İndi sizlərə o səmimi söhbəti təqdim edirik:

 

BU FİLM BARƏSİNDƏ İLK DƏFƏ EŞİDƏRKƏN NƏ DÜŞÜNDÜNÜZ?

-Torpaqlarımızın işğal altında olduğu bir zamanda özəlliklə gənclərimizin milli, vətənpərvər ruhda tərbiyələndirilməsi, xalqımızın vətənpərvərliyə köklənməsi və daim döyüş hazırlığında olması naminə bu filmin vacibliyini anlayaraq filmdə məmnuniyyətlə iştirak etmək istədim. Və sağ olsun film rəhbərliyi ki, mənə bu şansı tanıdı.

 

ROL TƏKLİFİ SİZƏ NECƏ GƏLDİ?

-Keçmiş sənət yoldaşım və dostum Elşən İsmayıl bir müddətdir filmin ssenari üzərində işləyirdi və hələ biz ötən ilin dekabrında birlikdə çəkdiyimiz “TARİX DƏRSİ” bədii filminin çəkiliş prosesi zamanı bu film barəsində danışmışdıq. Və ta o zamandan bu rol barəsində təklif almışdım.

 

OYNADIĞINIZ OBRAZIN HANSI XÜSUSİYYƏTLƏRİ VAR?

-ALPARSLAN  uşaqlıqdan dövlət tərəfindən götürülüb və bu tapşırıq ucun hazırlanıb.ALPARSLAN milli fəaliyyətilə və iştirak etdiyi məxfi hərbi əməliyyatlar nəticəsindədüşmənlərinin qorxulu yuxusu olmuşdur.Daim vətənuğrundadöyüşə hazır olan, vətəni üçün yağış, qar, soyuq demədən çalışan, çarpışan,millətinin təhlükəsizliyi və rifahı naminə ölümə belə hazır olan cəsur bir döyüşçü, peşəkar kəşfiyyatçıdır.

 

SİZCƏ, ALPARSLAN CƏMİYYƏTƏ NƏ DEMƏK İSTƏYİR?

-Minillər boyu öz ədaləti və ilahi qüdrətiylə dünyaya hakim olan igid Türk millətinin hələ də ölməz, mərd və ləyaqətli olduğunu, Türkün Tanrı eşqinə, Tanrı naminə hər an ölümə, savaşa hazır olduğunu sübut etmək və bu uğurda millətinin uca adını qorumaq istəyir.

 

FİLMİN MƏNFİ OBRAZLARI HAQQINDA DÜŞÜNCƏLƏRİNİZ?

-Filmdə düşmən obrazları öz hiyləgərliyi, murdar xisləti və qorxaqlığıyla seçilir.

 

FİLMİN NƏTİCƏSİNDƏN RAZISINIZMI?

-Əlbəttə ki, razıyam! Bu film bir daha xalqımızın milli layihələrə olan diqqətini, sevgisini və arzusunu sübut etdi. Arzu edirəm ki, digər film həvəskarları və sənətçilərimiz bizdən ilhamlanaraq bu mövzulara diqqətlə yanaşsınlar və tezliklə televiziyalarımızda “Şou” xarakterli verilişlərin yerini belə vacib layihələr alsın! 

 

FİLMİN RƏHBƏRİ HAQQINDA DÜŞÜNCƏLƏRİNİZ?

-Elşən İsmayıl vətənpərvər və humanist bir sənət adamıdır. Onun əsas qayəsi sovet dövründən bu yana boş qalan “Milli Filmlər Yaradıcılığı” sahəsini doldurmaq və bu vacib missiyanı layiqincə yerinə yetirməkdir.

 

GƏLƏCƏK YARADICILIQ PLANLARINIZ?

-Vətənpərvər mövzulu filmlərdə iştirak etmək, film yaradıcılığımı və aktyorluq fəaliyyətimi inkişaf etdirib zamanla peşəkar bir sənətkara çevrilmək istəyirəm.

 

Müsahibəni TURAL TURAN apardı

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə