Təqvim
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi Qara Qarayevin ev muzeyini ziyarət edib (+FOTOLAR)
06 fevral 2019 - 23:31

Canveten.az xəbər verir ki,  fevralın 5-də dahi Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayev anadan olmasının ildönümü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi və tabe müəssisələr sənətkarın ev muzeyini ziyarət ediblər.

Muzeyin əməkdaşı Qara Qarayevin yaradıcıllığı, bəstəkarın fəaliyyəti, yazdığı əsərlər haqqında ətraflı məlumat verib. Bildirib ki, Qara Qarayev bu mənzildə gəncliyini, tələbəlik illərini keçirib. İlk əsərlərini, o cümlədən "Yeddi gözəl" baletini burada yaradıb.  Qeyd olunub ki, Qara Qarayev Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun və Dmitri Şostakoviçin tələbəsi olan, milli musiqimizi öz dövrünün avanqard bəstəkarlıq texnikası ilə uzlaşdıraraq mədəniyyətimiz tarixində yeni səhifə açan bir bəstəkar olub.

Sonra İdarənin kollektivi Muzeyin ekspozisiyasında Qara Qarayevin həyat və yaradıcılıq yolunu əks etdirən nadir materiallar - sənədlər, əlyazmalar, fotoşəkillər, tamaşa və konsert afişaları, bəstəkarın şəxsi əşyaları və istifadə etdiyi məişət əşyaları ilə tanış olublar. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə