Təqvim
“Gəncliyin səsi” festivalına yekun vurulub (+FOTOLAR)
06 fevral 2019 - 22:49

Canveten.az xəbər verir ki,  5 fevral 2019-cu il tarixində Azərbaycan Dövlət Musiqili Teatrında mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Nazirliyin və Agentliyin əməkdaşları, həmçinin ASAN könüllüləri və digər qonaqların iştirakı ilə “Gəncliyin səsi” festivalının bağlanış mərasimi baş tutdu.

Gənclər günü münasibətilə 2016-cı ildən Mədəniyyət Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə təşkil olunan festivalın bağlanış mərasimində “ASAN Könüllüləri”nin təqdimatında “Vəfalı Səriyyə” tamaşasının premyerası keçirildi. Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq səhnələşdirilən tamaşa “ASAN Könüllüləri”nin ərsəyə gətirdiyi sayca 20-ci səhnə əsəridir.

Tamaşadan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək “Gəncliyin səsi” festivalının artıq ənənə halını aldığını, layihənin gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, nailiyyətlərinin dəstəklənməsi və yeni simaların aşkar edilməsi məqsədi daşıdığını qeyd etdi, tamaşanın hazırlanmasında göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi və gənclərə uğurlar arzuladı.

Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova da gənclərə təşəkkür edərək bildirdi ki, tamaşa böyük ədibin yubileyinə töhfədir. O, “ASAN Könüllüləri”nin bundan öncə C.Cabbarlının “Aydın” və “Solğun çiçəklər” əsərlərini də tamaşaya qoyduqlarını diqqətə çatdırdı.

Daha sonra “ASAN Könüllüləri” təşkilatının sədri Səbinə Cabbarova, Dövlət Agentlyinin İnsan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli çıxış edərək gənclərin yaradıcılıq imkanlarının üzə çıxarılmasına zəmin yaradan festivalın önəmindən bəhs etdilər. Tamaşanın quruluşçu rejissoru Könül Hüseynliyə və digər iştirakçılara təşəkkürnamələr təqdim edildi.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RƏSSAMLIQ, İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə