Təqvim
Dahi bəstəkarın doğum günündə məzarı ziyarət olunub (+FOTOLAR)
05 fevral 2019 - 20:41

Canveten.az xəbər verir ki, fevralın 5-də dahi Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin anadan olmasının 101-ci ildönümündə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət ediblər. Bəstəkarın xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil qoyulub, tər çiçəklər düzülüb.

Anım mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə görkəmli bəstəkar, pedaqoq və ictimai xadimin həyat və yaradıcılığı haqqında danışaraq ürək sözlərini, xatirələrini bölüşüb. Vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir.

Bəstəkar Elnarə Dadaşova çıxışı zamanı diqqətə çatdırıb ki, Qara Qarayevin melodiya, ritm, musiqi forması sahəsində axtarışları Azərbaycan xalqının musiqi təfəkkürü xüsusiyyətlərinə, eləcə də ötən əsrlərin dünya bəstəkarlıq məktəbləri və musiqi cərəyanlarının ən yaxşı nümunələrinə əsaslanır.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli bildirib ki, musiqi sənətinin demək olar ki, bütün janrlarına müraciət etmiş bəstəkarın əsərləri dünyada şöhrətqazanıb, baletləri keçmiş SSRİ-nin və bir çox dünya teatrlarının səhnəsində tamaşaya qoyulub.

Çıxışlarda vurğulanıb ki, Qara Qarayev yaradıcılığı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. Onun əsərləri bu gün də dünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir.

Mərasimdə bəstəkarın ailə üzvləri – Xalq artisti, professor, bəstəkar Fərəc Qarayev, Züleyxa Qarayeva-Bağırova, Mədəniyyət Nazirliyinin əməkdaşları, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi, Bəstəkarlar İttifaqı və musiqi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə