Canveten.az xəbər verir ki, 30 yanvar 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında “Muasir musiqi” adlı konsert keçirilib. Konsertdə BMA-nın Tədris işləri üzrə Birinci prorektoru, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva və BMA-nın dosenti Yeganə Taptıqovanın tələbələri iştirak ediblər. Tədbirdə Mirqulamlı Xədicə (violin), Rzazadə Aygül (fortepiano), İbrahimov Orxan (klarnet), İmanova Günel (fortepiano), Hacıyeva Günel (fortepiano), Rzayev Bahadur (violin), Əmişov Əli (violino), Tağıyeva Fidan (fortepiano), Hüseynov Orxan (cello), Eldarlı Gülnaz (fortepiano) iştirak edərək Frank Bridj – “Gradle Song”, Can Şu Ven - “Serenada”, Ekaterina Prixodskaya “Yadplanetli” , Efim Adler “Poema” , Ernest Blox “Meditasiya” , Ernest Blox “Prosessual” , Oliver Strnad “AC Promtu”, Qaspar Kassado “Rəqs”, York Bonver “Melody for C string”, Jon Keyc “Bir mənzərə” əsərlərini səsləndiriblər. Qeyd edək ki, müraciət olunan musiqi repertuarının rəngarəngliyi və zənginliyi bütün auditoriya tərəfindən maraqla qarşılanıb. Konsert bütün dinləyicilər tərəfindən gur alqışlar ilə sona çatıb. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024