Təqvim
"Şəhid ailələri ilə keçirilən görüş cənab Prezidentin yüksək insanpərvərliyinin daha bir mötəbər nümunəsidi" - Mirsamir Məmmədov
30 yanvar 2019 - 13:47

Cənab Prezident hər zaman xalqın maraqlarını uca tutub və bütün amalı xalqımızın maraqlarına‚ rifahına xidmət etmək olub. 
Bunu ölkə rəhbərinin şəhid ailələri ilə keçirtdiyi görüşdən danışarkən politoloq Mirsamir Məmmədov deyib.
M. Məmmədov qeyd edib ki‚ 
Dövlətimizin başçısı prezident seçildiyi gündən etibarən bu günə qədər bütün fəaliyyətini Azərbaycan xalqının maraqları üzərində qurub. Hər zaman atdığı bütün addımlar‚ həyata keçirtdiyi siysət yalnız Azərbaycan xalqının maraqlarının qorunmasını‚ ölkəmizin və xalqımızın əmin-amanlığının təmin edilməsini əks etdirib. Ölkə rəhbərinin bütün amalı hər zaman bu olub. Hər zaman‚ "Prezident xalqın bir nömrəli xidmətçisidir" deyərək Azərbaycan xalqının bütün rifahı naminə çalışan cənab İlham Əliyev hər addımda xalqın etimadını doğruldaraq hər kəsin sevgisini qazanıb. 
İlk növbədə şəhid ailələrini‚ ölkəmizin ərazi bütövlüyü və müdafiəsi uğrunda  həlak olan şəxslərin yaxınlarını daim diqqətdə saxlayan cənab Prezident hər zaman onlara öz qayğısını göstərməkdədir. Yanvarın 28-də Prezident Sarayında ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərlə keçirilən görüş və onlara göstərilən qayğı cənab Prezidentin yüksək insanpərvərliyinin daha bir mötəbər nümunəsidi. Şəhid ailələrinə və vətənimizin ərazi bütövlüyü uğrunda əmək sərf etmiş insanlara Dövlət qayğısı daim ön plandadır və ən prioritet Dövlət siyasətidir. Ali Baş Komandan hər zaman bu mövzuya çox yüksək diqqət ayırır və bu şəxslər xüsusilə cənab Prezidentin qayğısı ilə əhatə olunur. Şəhid ailələri ilə son görüş də bir daha cənab Prezidentin müdrik siyasətinin təzahürü oldu. Cənab Ali Baş Komandan daim bir insanlıq nümunəsi sərgiləyib. Bu isə hər kəsə ibrət haldır. Öz çıxışlarında bildirdiyi kimi Dövlətimizin başçısı ilk nümunəni özü göstərir. Hər addımında mükəmməl bir nümunə olan zəngin Dövlətçilik və idarəçilik təcrübəsinə sahib olan möhtərəm cənab İlham Əliyevin həyata keçirtdiyi bütün siyasi‚ iqtisadi və sosial strategiyalarının və bütün islahatlarının mərkəzində dayanan tək faktor Azərbaycan xalqının maraqları və əmin amanlığıdır. Cənab Prezident tərəfindən həyata keçirilən bütün mövcud siyasətin lokomotivini xalq amili təşkil edir. Və Dövlətimizin başçısı hər zaman bu müqəddəs amala xidmət edib. Şəhid ailələri və yaxınları ilə keçirilən və səmimi hisslər şəraitində keçən görüş bu müqəddəs missiyanın bariz nümunəsidi.

Sosial şəbəkələrdə paylaş:
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
Masallılı voleybolçu yenidən ölkə yığmasına rəhbərlik edəcək 15:28, 28 fevral 2024
Xocalı soyqırımının 32-ci ildönümü Masallının təhsil müəssisələrində qeyd edilib 23:39, 26 fevral 2024
Xocalı soyqırımı qurbanlarının xatirəsi Masallıda böyük ehtiramla anılıb 22:00, 26 fevral 2024
...Xocalıya qayıdanacan 19:33, 25 fevral 2024
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib 12:45, 25 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə