Təqvim
Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov “AmCham”ın üzvləri ilə görüşüb (+FOTOLAR)
29 yanvar 2019 - 16:06

canveten.az xəbər verir ki,  Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) öz üzvləri üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə aylıq işgüzar nahar təşkil edib. Bununla yanaşı, işgüzar naharda bir neçəüzv şirkətlərin fəaliyyəti və xidmətləri barədə təqdimatlar nümayiş olunub. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə “AmCham”ıntəxminən 100 üzvü və tərəfdaşı iştirak edib.

 

İlk olaraq, Anar Bağırov Azərbaycan Prezidentinin 22 fevral 2018-ci il tarixli vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı və onun ölkədə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi üçün əhəmiyyəti barədə danışıb. O, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq imkanının reallaşması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin effektiv fəaliyyəti üçün qüvvətli və nüfuzlu vəkillik təsisatının mühüm rolun oynadığını vurğulayıb.Anar Bağırov, həmçinin,vəkillik fəaliyyəti ilə bağlı mühüm əhəmiyyət kəsb edən bir çox normativ sənədin qəbul edilməsihaqqında ətraflı məlumat verib.

 

Vəkillər Kollegiyasın fəaliyyətinin prioritet istiqamətlərinə toxunaraq, o,yeni vəkil qurumlarının, eyni zamanda ASAN xidmət mərkəzlərində yeni qurumların yaradılması ilə bağlı memorandumun imzalandığını qeyd edib.Bununla yanaşı, o müxtəlif ölkələrin vəkillər kollegiyaları, o cümlədən bir çox beynəlxalq təşkilat ilə sıx əməkdaşlıq münasibətləri və digər tərəfdən ölkənin müxtəlif regionlarına səfərlər və əhaliyə “pro bono” hüquqi yardım göstərilməsi barədə danışıb. Anar Bağırov əminliklə bildirib ki, ölkədə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi sahəsində aparılmış tədbirlərin gedişatı artan templə davam edəcək.

 

Qeyd edək ki, “AmCham Azerbaijan” üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azerbaijan” iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.Top of FormBottom of Form

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, QHT, ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə