Təqvim
Özbəkistanda Azərbaycanla bağlı keçiriləcək “İlin ən yaxşı məqaləsi və televiziya verilişi” müsabiqəsinə Özbəkistan Milli Mətbuat Agentliyi iştirak edəcək (+FOTOLAR)
29 yanvar 2019 - 16:00

canveten.az xəbər verir ki,  Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla bu ölkənin Milli Mətbuat Agentliyinin baş direktoru Abdusaid Koçimov arasında görüş keçirilib.

Milli Mətbuat Agentliyində keçirilən görüşdə tərəflər iki ölkə arasında mətbuat -informasiya sahəsində əməkdaşlıq əlaqələri, ötən illərdə həyata keçirilən işlər, layihələr və gələcək əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

Özbəkistan Milli Mətbuat Agentliyinin baş direktoru Abdusaid Koçimov son zamanlar Özbəkistanda həyata keçirilən işlər, Özbəkistan-Azərbaycan dostluğu haqqında danışaraq, iki ölkə arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib. O, Azərbaycan Milli Mətbuat Şurası, Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu istiqamətdə gələcəkdə Memorandumun imzalanması və s. məsələlər haqqında təkliflərini bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı barədə danışaraq iki ölkə arasında əlaqələrin inkişafında mətbuatın böyük rolu olduğunu qeyd edib.

S.Abbasov Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyata keçirdiyi nəhəng layihələr barədə məlumat verib. Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyon azərbaycanlının öz torpaqlarından qaçqın düşməsi və s. haqqında danışmış, Azərbaycan həqiqətlərinin dünyaya, qarşı tərəfə çatdırılmasında mətbuatın üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.

S.Abbasov Özbəkistan Milli Mətbuat Agentliyinə Azərbaycan Milli Mətbuat Şurası, Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə əməkdaşlığa dair Memorandumun imzalanması təklifi məqsədi ilə müvafiq iş aparılacağını söyləyib. O, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2013-cü ildən hər il  Azərbaycan haqqında, habelə Azərbaycan-Özbəkistan dostluğunun təbliğinə dair keçirilən “İlin ən yaxşı məqalə və televiziya verilişi” müsabiqəsində tərəfdaş kimi Özbəkistan Milli Mətbuat Agentliyinin iştirakı barədə təklif irəli sürüb və təklifi Özbək tərəfi qəbul edib.

S.Abbasov baş direktor A. Koçimova Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi digər nəşr layihələri barədə məlumat verərək, xalqımızın zəngin mədəniyyəti, qədim tarixini və istedadını nümayiş etdirən Azərbaycan xalçaçılıq məktəbinin şedevri olan “İrəvan xalçaları” kitabını hədiyyə edib, səmimi münasibət və yüksək qəbul üçün ona öz təşəkkürünü bildirib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə