Təqvim
Dövlət dediyin belə olar! - Azər Həsrət
23 yanvar 2019 - 13:07

Yenə də Prezident İlham Əliyev böyüklük etdi! Əsl dövlət adamı, əsl dövlət başçısı kimi davrandı! Bəzi məkrli şəxslərin də təsiri altında yanlış yola düşmüş bir gəncin səhvlərini düzəltməsi üçün dövlət baba imkan tanıdı! Və Mehman Hüseynovla bağlı haray-qışqırıq salanların bəhanələrini bir tapşırıqla yerə vurdu cənab Prezident!

Dünən Mehman Hüseynov ölkə prezidentinə müraciət etdi, azadlığa çıxıb normal yaşamaq, səhvlərini düzəltmək üçün şans istədi. Cənab Prezident də bu şansı ona tanıdı. Biz nə deyirdik? Deyirdik ki, nicat istənəcək tək qapı Azərbaycan dövlətinin qapısıdır!

Bəli, bu ölkədə hər bir vətəndaşımız, o cümlədən də cinayət işləmiş, inzibati xətaya yol vermiş insanımız normal həyata qayıtmaq üçün nicatı öz dövlətimizdən istəməlidir. Bu vaxta kimi istəyənlər olub və heç bir halda dövlət onları peşman etməyib. Həmişə dövlət, onun başçısı İlham Əliyev böyüklüyünü göstərib, bu dəfə də elə oldu.

Bu gün artıq bilgi yayıldı ki, Mehmanın müraciətinin araşdırılması üçün uyğun addımlar atılıb, onunla bağlı başladılmış sonuncu cinayət işinə xitam verilib. Azərbaycan Respublikasının Baş Prokurorluğu bu məsələylə bağlı rəsmi bilgi yayıb: “İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib”. Əlavə şərhə ehtiyac yoxdur bizcə.

Lakin dünən Mehmanın Prezident İlham Əliyevə müraciətinin ardından bəzi qüvvələrin apardığı təbliğatın üzərində dayanmağa dəyər. Bu qüvvələr bütün gecəni sosial mediada təbliğat aparıb ortalığı qarışdırmağa, ölkə Prezidentinin bu humanist addımını gözdən salmağa çalışdılar. Təbii ki, onların əsas məqsədi Mehmanın azad edilməsi deyil, əksinə, onun həbs müddətinin uzadılması, bu yolla da siyasi manipulyasiyaları davam etdirmək üçün bəhanələrini qorumaqdır. Alınmadı. Olmadı.

Mehmanın başına gələnlər yadıma bir hadisəni saldı. Yadımdadır, 2015-ci ilin dekabrında jurnalist Xədicə İsmayılın vaxtından əvvəl həbsdən azad edilməsi üçün əlverişli şərait yaranmışdı. Bu məsələ də ölkə başçısının diqqətində idi və bizə sızan bilgilərə görə, Xədicə azad ediləcəkdi. Lakin o anda, məhz məsələ tam da həllini tapmaq üzrəykən ABŞ-dan bir ultimatum gəldi ki, Xədicə azad edilməlidir! Bu ultimatumu görüncə özümə dedim ki, mənim dövlətim, dövlətimin başçısı belə bir çağırış qarşısında geri addım atmamalıdır! Var olsun, atmadı da. Xədicə vaxtından əvvəl azad edilmədi. Və yalnız 5 ay sonra – 2016-cı ilin mayında azadlığa çıxdı. O qüvvələr Azərbaycan dövləti ilə güc mövqeyindən danışmaq istədi, alınmadı. Onlara bir daha anladıldı ki, Azərbaycan dövləti ilə güc diliylə danışmaq olmaz!

Yaxud AXCP fəallarından Asif Yusiflinin işini xatırlayaq. Bu şəxs sənəd saxtalaşdırmaqda ittiham edilərək 7 illik həbsə məhkum edilib. (Əli Kərimli onu siyasi məhbus elan edib. Halbuki Asif özü əməlini etiraf edib, dəlil-sübut da işinə tikilib.) Qarabağ qazisi və əlilidir. 3 azyaşlı uşaq atasıdır. O uşaqlardan ikisi xəstədir. Ailəsi çox çətin durumda yaşayır. Cinayət əməli törətmişdi, əməli sübuta yetirilmişdi. Məhkəmə, onun durumunu nəzərə alaraq humanist davranmağa, ən yüngül cəza kəsməyə hazırlaşırdı. Məndə olan məlumata görə, onun özüylə də bu yöndə söhbət aparılmışdı, vəziyyəti həqiqətən də dərindən öyrənilmiş və mümkün güzəştlər haqqında şəxsinə bilgi verilmişdi. Ondan tələb olunan da bu idi ki, məhkəmədəki son sözündə əməlini etiraf edib Azərbaycan məhkəməsindən, yəni öz dövlətinin ədalət divanından mümkün güzəşt barədə istəyini dilə gətirsin. Hakimlər də insandır. Onlar da heç kimi ağır cəzalandıranda xoşbəxt olmurlar. Lakin qanun var, qayda var və hər kəs də o qaydalara əməl etməlidir. O cümlədən də hakimlər. Nə baş verdi? O baş verdi ki, Asif Yusiflinin məhkəmə prosesində çox da fəallıq etməyən Əli Kərimli məhz sonuncu iclasa gəldi, zalda oturdu, gözünü də onun üzünə dikdi. Ki, Asif Yusifli öz dövlətinin məhkəməsindən aman diləməsin! O da Əli Kərimlinin bu göz basqısı altında gözlənilən müraciəti etmədi. Məhkəmə ona təkrar-təkrar şans verdi, gözlədi, lakin nəticə olmayınca istənilən 7 illik cəzanı kəsməli oldu. Asif Yusifli daha yüngül cəza alması üçün məhkəməyə qanun çərçivəsində nəzərdə tutulan o şansı vermədi. Əli Kərimlinin üzündən. Nəticə də odur ki, Əli Kərimlinin oğlu Londonda, Vaşinqtonda kef-damaqdadır, Asif Yusifli isə həbsdədir. Ailəsi ehtiyac içində, azyaşlı uşaqları xəstəlikdən əziyyət çəkir. Nəyin xatirinə? Nədən ötrü?

Bu hadisələrin hər üçü bir gerçəyi bir daha təsdiqləyir: Azərbaycanda bəzi qüvvələr bəzi şəxslərin həbsə düşməsində, düşdükdən sonra ordan çıxmamasında maraqlıdır! Çünki onlar bu şəxslərin üzərindən manipulyasiya edir, siyasi kampaniyalar aparır, bir az da çılpaq desək, pul qazanır!

Nə Mehman, nə Xədicə, nə Asif bu adamlara həbsxanadan bayırda lazım deyil! Çünki onlar bayırda olanda həmin adamların işinə yaramır. Çünki onlar həbsdə olanda, cəmiyyətlə ünsiyyət imkanları məhdudkən, bu adamlar həmin şəxslərin adından olmazın yalanlar uydurub dünya çapında tirajlayır, özlərini vacib şəxslər kimi təqdim edə bilirlər.

Sözardı: Bir vaxtlar Eynulla Fətullayev də həbsdə idi. Biz onun azadlığı üçün çalışırdıq. Bunu sakitcə, hay-küysüz edirdik. Lakin Əli Kərimli və bənzər şəxslər onda da canfəşanlıq edirdilər, hər yerdə Eynullanın azadlığı uğrunda çarpışdıqlarını göstərməyə çalışırdılar. Sonda nə oldu? O oldu ki, Eynulla azadlığa çıxdı, çıxınca da ona qarşı ilk bəyanatlar elə bu Əli Kərimlinin çevrəsindən gəldi. Aradan illər keçib, indinin özündə də Kərimli çetesi Eynullanı təhqir etməkdən qalmır…

Daha bir sözardı: Mehmanın məsələsində ən çox canfəşanlıq edənlərdən biri də qardaşı Emin Hüseynovdur. Bu adam öz qardaşının faciəsindən belə sui-istifadə edir, Azərbaycan dövlətinə kin qusur. İndi onun da bəhanəsinin ən vacibi əlindən alınmış oldu…

Sosial şəbəkələrdə paylaş:
Prezident İlham Əliyev Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib YENİLƏNİB VİDEO16:16, 22 oktyabr 2019
HDQ-nin taktiki təlimləri başa çatıb (+FOTOLAR, +VIDEO) 13:43, 22 oktyabr 2019
Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik Günü münasibətilə konsert olub (+FOTOLAR) 02:58, 22 oktyabr 2019
"Xalqla Ordu əl-ələ" devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib (+FOTOLAR, +VIDEO) 02:18, 22 oktyabr 2019
Gülağa Tənha - Rasim Əliyevin fikirləri və İlham Əliyev klip 22:45, 21 oktyabr 2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib (+FOTOLAR) 17:57, 21 oktyabr 2019
Nazim Ərəbov kitablarını hədiyyə etdi (+FOTOLAR) 17:51, 21 oktyabr 2019
“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 31-cisayı nəşr olunub (+FOTOLAR) 15:39, 21 oktyabr 2019
Siyəzən gəncləri Azərbaycan haqqında biliklərini nümayiş etdiriblər (+FOTOLAR) 15:28, 21 oktyabr 2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb (+FOTOLAR) 02:03, 21 oktyabr 2019
Akademik Musiqili Teatr Təbriz səfərinə hazırlaşır (+FOTOLAR) 03:33, 20 oktyabr 2019
Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Gömrük Akademiyasında olublar (+FOTOLAR) 03:21, 20 oktyabr 2019
Gömrük Akademiyasında Dövlət Müstəqilliyi Günü qeyd edilib (+FOTOLAR) 03:13, 20 oktyabr 2019
ICOM Azərbaycan Milli Komitəsinin yeni sədri seçildi (+FOTOLAR) 14:07, 18 oktyabr 2019
Ruslan Mollayev " Payız " (+FOTO)14:00, 18 oktyabr 2019
AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır (+FOTO) 13:42, 18 oktyabr 2019
“UniTalks”: Dizaynda insan psixologiyası13:31, 18 oktyabr 2019
Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş "Xəmsə"sinin təqdimatı keçirilib (+FOTOLAR) 12:25, 18 oktyabr 2019
Gülağa Tənhanın jurnalistlərlə görüşü 23:14, 17 oktyabr 2019
"Hunter" layihəsi çərçivəsində gömrük əməkdaşları üçün seminar keçirilir (+FOTOLAR) 16:34, 17 oktyabr 2019
 

Bütün hüquqlar qorunur © 2019

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə