Təqvim
Bakı Nəqliyyat Agentliyi sərt tənqid olundu – “Bu addım absurddur”
22 yanvar 2019 - 20:39

“Dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində ləğv olunmalı qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir (BNA)”.

Minval.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir İsmayılov sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, DYP, Dövlət Avtomobil Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olduğu halda, Nazirlər kabinetinin yanında əlavə bir qurumun saxlanılması beşinci təkəri xatırladır:

“Fəaliyyəti dövründə ictimai nəqliyyatın keyfiyyətində və məzmununda heç bir müsbət dəyişiklik edə bilməyib. Belə görünür ki, BNA tıxac probleminin həllini parkinq yerlərinin sayının azaldılması və cərimə yükünün artırılmasında görür. Agentlik bu yaxınlarda 100-dən çox parkinq yerinin bağlanması haqqında açıqlama verib. Parkiq yerlərinin sayının onsuz da az olduğu bir zamanda belə bir addımın atılması absurddur”.

Ekspert onu da qeyd edib ki, Bakı piyada üçün heç bir infrastrukturu olmayan nadir paytaxtlardan biridir:

“Misal üçün Bakıda əksər keçidlərdə piyadalar üçün işıqforlar ya nəzərdə tutulmayıb, ya işləmir, ya da mövcud tələblərə cavab vermir. Şəhərin lap mərkəzində səkilər yoxdur, ya da bağlanıb. BNA bu problemi həll etmək əvəzinə səki olan ərazilərdə dəmir dirəklər və məhəccərlər qurur. Bakı yollarında quraşdırılan yüksək bordürlər onsuz da avtomobillərin qapılarını, arxa və ya qabaq panellərini şikəst edib. Belə bir dirəkləri səkilər olmayan yerdə quraşdırmaq əvəzinə, hündür bordürlərlə təhciz olunmuş səkilərin üstündə quraşdırırlar.

Nobel, Babək və Heydər Əliyev kimi böyük prospektlərdə piyada keçidlərinin sayı qanunvericiliyin tələblərinə cavab vermir. Bu prospektləri hər gün keçən yüzlərlə insan öz həyatını risk altına qoyur.

BNA-nın yeganə gördüyü müsbət iş pandusların quraşdırılmasıdır. Amma məsələ burasındadır ki, yolları və səkiləri inşa edən icraçı elə pandusu da düzəltməlidir. Əks halda bizə gecikmiş panduslar çox baha başa gəlir. Ümumiyyətlə pandusların 20 ildən sonra yada düşməsinin özü maraqlıdır”.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

          

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TURİZM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə