Təqvim
Özbəkistanın “Dunyo boylab” telekanalı Azərbaycana dair geniş veriliş yayımlayıb (+FOTOLAR)
21 yanvar 2019 - 23:05

canveten.az xəbər verir ki,  Özbəkistanın “Dunyo boylab” telekanalının Özbək dilində redaksiyası xarici ölkələrinin mədəniyyətinə həsr olunan proqramlar silsiləsindən Azərbaycana dair “Kamalakdek Serjilo” adlı veriliş yayımlayıb.

Qeyd edək ki, veriliş ötən ilin iyul ayında Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycana reallaşdırılmış  “Mediatur” zamanı lentə alınmışdır.

Verilişin müəllifi Özbək jurnalist Gülsarə Saqatxanova  öncə Azərbaycan haqqında geniş məlumat verərək, ölkəmizin Qafqazın parlayan ulduzu, abad və stabil inkişaf edən məmləkətə  çevrildiyini qeyd edir.

Proqramda öz gözəlliyi və böyüklüyü ilə regionda fərqlənən paytaxt Bakı şəhəri, onun tarixi, görməli yerləri haqqında söhbət açılıb. Müəllif, “Şəhidlər Xiyabanı”, “Əbədi alov” abidəsi, paytaxtın dənizkənarı parkdan görünüşünü şərh edərək, YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilmiş “İçəri şəhər”, “Qız qalası” və başqa memarlıq abidələri haqqında məlumat verib.

Aparıcı Gülsarə Saqatxanova  Azərbaycan xalqının zəngin mədəniyyətini, tarixini və istedadını nümayiş etdirən Azərbaycan xalçalarına verilişdə xüsusi yer ayırıb, Xalça muzeyində ölkəmizin regionlarına xas olan xalçaları nümayiş etdirərək onların fərqli xüsusiyyətlərini izah edib.

Azərbaycan tarixinə işıq salan Dövlət tarix Muzeyi və onun eksponatları verilişdə xüsusi işıqlandırılmışdır. Muzeyin tarixi barədə danışan jurnalist burada 300-ə yaxın eksponatın saxlanıldığını və Muzeyin kitabxanasının  olduğunu söyləyir.

Bakı şəhərində “Venesiya şəhərciyi”ni xüsusi maraqla təqdim edən Özbək kanalı
XX əsrin 50-ci illərində yaradılan bu ecazkar məkanın şəhərin istirahət marşurutları içərisində turistləri özünə cəlb etdiyini qeyd edir.

Müəllif Gülsarə Saqatxanova Azərbaycanın regionları, habelə gözəl təbiəti, füsunkar iqlimi ilə turizm mərkəzinə çevrilən İsmayıllı rayonuna səfərdən söhbət açır. İsmayıllı rayonunda yerləşən və sənətkarlığın mərkəzi olan Lahıc qəsəbəsinə səyahəti geniş işıqlandıran müəllif qeyd edir ki, azərbaycanlılar Lahıcı məmləkətin misgərlik səltənəti adlandırırlar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

          

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə