Təqvim
Siqaretə görə cərimələrin məbləği məlum oldu
01 oktyabr 2018 - 17:58

"Bi.az" xəbər verir ki, məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. 

Qeyd edək ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni - 212.3, 212.4 və 212.5-ci maddələr əlavə edilir.

Yeni - 212.3-cü maddəyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı olmaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə, onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə müəyyənləşdirilib.

212.4-cü maddəyə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə kəsiləcək.

212.5-ci maddəyə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə - vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© oxu
Kateqoriya:
Sənaye

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə