Təqvim
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə RAGB Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edib (+FOTOLAR)
27 dekabr 2018 - 21:29

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev təşkilatın sədri Leyla Əliyevanın adından iştirakçıları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. O, təşkilatın 2018-ci ildə gördüyü işlər barədə məlumat verərək vurğulayıb ki, sıraları ildən-ilə genişlənən RAGB yola saldığımız ildə də bir sıra maraqlı layihələr həyata keçirib. E.Hacıyev təşkilatın işində fəal iştirak edən gənclərə təşəkkürünü bildirib.

Akademik Fazil Qurbanov Rusiyadakı Azərbaycan diasporu adından RAGB üzvlərini qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. O, son illər ölkəmizdə əldə olunan nailiyyətlərdən bəhs edib. Akademik Rusiya və Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verən RAGB-nin fəaliyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın fəaliyyəti Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclərin bir araya gəlməsi, elm, təhsil, yaradıcılıq üzrə layihələrin, həmçinin ictimai təşəbbüslərin reallığa çevrilməsi baxımından əvəzolunmazdır.

Rəsmi hissədən sonra milli mahnı və rəqslərimizdən ibarət konsert olub.

Fəridə Abdullayeva

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə