Təqvim
Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti İsraildə işgüzar səfərdədir (+FOTO)
17 dekabr 2018 - 22:18

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir.

İsrail Gömrük Xidməti rəhbəri Avraham Ben Ardetenin dəvəti ilə baş tutan səfər çərçivəsində dekabrın 16-də iki ölkənin gömrük xidməti nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu siyasət, iqtisadi islahatlar, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, qeyri-neft sektorunun inkişafı məqsədilə iqtisadiyyatın diversifikasiyası istiqamətində görülən işlərdən danışıb.

Qeyd edilib ki, hökumətlərarası birgə komissiyanın iclasının protokoluna müvafiq olaraq, gömrük qurumlarına protokolda əksini tapan aidiyyəti məsələlərin müzakirə edilməsi və müvafiq işin aparılması tapşırılıb.

Səfər Mehdiyev, həmçinin Azərbaycan Respublikası və İsrail arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini, İsrail Gömrük Xidməti ilə əməkdaşlığa xüsusi önəm verildiyini bildirib, son zamanlar Azərbaycan gömrük sistemində aparılan islahatlar haqqında məlumat verib, eyni zamanda malların ixracı və idxalı zamanı tətbiq edilən təhlükəsizlik tədbirləri, riskin idarə edilməsi sistemi sahəsində İsrail tərəfi ilə qarşılıqlı təcrübə mübadiləsinin önəmindən bəhs edib.

İsrail Gömrük Xidmətinin rəhbəri Avraham Ben Ardeteiki ölkənin gömrük orqanları arasında əlaqələrdən söhbət açıb, İsrail tərəfinin öz təcrübəsini bölüşməyə daim hazır olduğunu deyib.

Görüş zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev gömrük sisteminin təkmilləşdirilməsi üçün tətbiq edilən innovasiya metodları mövzusunda təqdimatla çıxış edib.

İsrail nümayəndələri isə bu ölkənin gömrük xidmətində malların ixracı və idxalı zamanı tətbiq edilən təhlükəsizlik tədbirləri, riskin idarə edilməsi sistemi, informasiya və kommunikasiya texnologiyalarına dair təqdimatlar keçirib.

Sonra gömrük işi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirmübadiləsi aparılıb və əldə edilən razılıqlar üzrə müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub.

Dekabrın 17-də Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti İordaniya Haşimilər Krallığı ilə sərhəddə yerləşən “Allenby” gömrük-buraxılış məntəqəsinə səfər edib, burada gömrük orqanlarının iş prinsipi ilə yaxından tanış olublar.

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə