Təqvim
O Böyük Şəxsiyyəti anarkən... - Azər Həsrət
13 dekabr 2018 - 11:51

Adını ta uşaqkən eşidirdim. Bizim üçün əlçatmaz və böyük bir Şəxsiyyət idi. Böyüdükcə Onun şəxsiyyəti haqqında daha çox bilgimiz oldu.

Onunla bağlı ilk təəssüf hissimi 1987-ci ildə, uzaq Almaniyada Sovet əsgəri olarkən keçirmişdim.

Alay qərargahının qarşısında Sov.İKP MK üzvlərinin şəkilləri asılmışdı. Daimi olaraq ordaydı o şəkillər. Hər gün önündən keçərkən qürurla baxırdım. Onun şəkli də ordaydı. Bir Azərbaycanlı olaraq buna görə fəxr edirdim.

1987-ci ilin sonuna doğru bir gün yenə də qərargahın qarşısından keçərkən Onun şəklinin yerini boş gördüm. Dərin siyasi təhlil qabiliyyəti və geniş bilgiləri olmayan bir gənc kimi sadəcə təəssüflənməklə yetinməli oldum…

Sonra Azərbaycan müstəqilləşdi. Mən də əsgərlikdən dönmüşdüm. Ölkə təlatüm içində idi. Hakimiyyət sahibləri durumu idarə edə bilmirdilər. Təcrübə çatışmırdı. Dəyanət yox idi. Qətiyyətsə sıfırın altındaydı. Hərə əlinə bir silah alıb işğalçı düşmən üzərinə yerimək əvəzinə dövlətin görəvlilərinə hücum edirdi. Belə bir durumda ehtiyac yarandı və O, yenidən böyük meydana qayıtdı. Azərbaycan bu dəfə də şanslı çıxdı. Çünki O vardı.

Bəs olmasaydı? Təsəvvür etmək belə insanda vahiməyə səbəb olur….

Daha sonra mən jurnalist kimi meydanlarda görünməyə başlamışdım. Tənqidçi yazardım. Elə indi də tənqidlərimi bol edirəm. O, bütün tənqidlərim dövründə bir dəfə də olsun mənim cəzalandırılmağım üçün göstəriş vermədi. O qədər yazdım, o boyda Şəxsiyyəti ancaq tənqid etdim, öz böyüklüyü-təmkiniylə cavab verdi mənə yalnız…

2001-ci ilin payızında isə media ilə hakimiyyətin böyük qarşıdurması yaşandı. Yenə də duruma çözüm gətirən O oldu. Ağsaqqallıq etdi, böyük davrandı, içində mən də olmaqla heyətimizi görüşə çağırdı.

Getdik görüşə. Düz 3 saat bizi səbrlə dinlədi. Hər birimizə diqqətlə qulaq asdı. Yeri gələndə dəqiqləşdirmək üçün suallar verdi. Bir sözümüzü kəsmədi. Heç emosional olaraq belə bizdən narazılıq ifadə etmədi. Bütün bunlarla bərabər dövlət televiziyasında o görüşümüzün tam olaraq efirə verilməsini təmin etdi. Dövlət qəzetlərində görüşün stenoqramı heç bir müdaxiləsiz dərc edildi.

Biz Onu kənardan tənqid edirdik – çağırdı, görüşdük, tənqidlərimizi bir addımlığındakı tribunadan səsləndirdik. Dinlədi, qeydlərini götürdü və görüşdən sonrakı günlərdə qaldırdığımız məsələlərin hamısını tək-tək həll etdi.

Biz Onu sağdan-soldan tənqid etdik bütün fəaliyyəti dövründə. Amma adam bir dəfə olsun bizimlə qisasçı davranmadı. Bizi anladı, tənqidlərimizə təmkinli yanaşdı, qaldırdığımız məsələlərin ağlabatan kəsimini diqqətə aldı.

Böyük adam idi, böyük! Ona görə də xırdalıqdan, cılızlıqdan uzaq olmağı bacarırdı. Onu sevənləri də, tənqid edənləri də qucaqlamağı bacarırdı!

Şəxsiyyət idi! Xarizmatik idi! Qətiyyət və dəyanət mücəssəməsi idi! Təcrübəsi, bilgisi, dünyaya baxışı nəinki o dönəmdə, indinin özündə belə heç kimdə olmayacaq qədər idi! Ona görə də şəxsini ən sərt şəkildə tənqid edən Rauf Arifoğlunu, Azər Həsrəti dəvət edib, “buyurun, fikirlərinizi özümə-üzümə söyləyin” deyəcək qədər özünə əmin birisi idi!

O, bu dünyadan qalib kimi ayrıldı. Bizi yendi getdi. Hamımızı. Ona qarşı olan elə bir siyasi xadim, elə bir şəxs olmadı ki, qarşısından qaçsın. Dinləmək lazımsa, dinləməyi bacardı. Dirəşmək lazımsa, dirəşməkdən çəkinmədi.

O, haqqa qovuşduğu zaman biz tam məğlub olduq. Və yaxşı ki, biz məğlub olduq! Bəs hər ağızdan bir avazın gəldiyi bizlər qalib olsaydıq?

Şanslıydıq ki, Ona məğlub olduq! Azərbaycan xalqı şanslıydı ki, O, bu dünyanı bizim tərəfini tutduğumuz siyasi qüvvələri tam olaraq məğlub etdikdən sonra tərk etdi!

Onlar

Həm də ona görə şanslıydıq ki, O böyük Şəxsiyyət özündən sonra layiqli bir varis qoyub gedirdi! Ya varis məsələsi də həll edilməsəydi? Yenə də təsəvvür etmək istəməzdim!

O qarmaqarışıqlığın içində durumu sabitləşdirib özündən sonra belə illər uzunu davam edəcək nizamın memarı olmaq hər liderə nəsib olacaq bacarıq deyil. Onun üçünsə bu da su içmək qədər asan oldu!

Məkanın cənnət olsun, ulu öndər, böyük şəxsiyyət! Bu milləti cəhalətdən və parçalanmadan elə bir anda xilas etdin ki, yüzillər keçdikdən sonra da millətimiz şükranla anacaq Səni!

Bəs Sən olmasaydın? Təsəvvür belə etmək istəməzdim!

Əziz oxucum. Heç şübhə etmirəm ki, yazını bura qədər oxuduqca gözünün qarşısında Heydər Əliyevin Şəxsiyyəti canlandı. Bu gün onun anım günüdür. Düz 15 il öncə – 12 dekabr 2003-də Azərbaycan xalqı bu böyük siyasət adamı, dünya çaplı Lideri ilə halallaşdı. Məkanı cənnət olsun. O gündən bu günə kimi heç kim onu unutmadı. Unutması da mümkün deyil. Çünki belə Şəxsiyyətlər dünyasını unudulmaq üçün deyil, əbədi yaşamaq üçün dəyişərlər.

Sosial şəbəkələrdə paylaş:
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsinin hesabat-seçki konfransı 19:18, 25 aprel 2024
“Yaşıl dünya boyalarda” – Masallıda tədbir 17:53, 25 aprel 2024
Vəli İsrafilov Avropa çempionudur 21:22, 24 aprel 2024
VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı 20:46, 24 aprel 2024
Masallıda şəhid ailəsi üçün ev tikilib 16:32, 24 aprel 2024
Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələsi 13:37, 24 aprel 2024
Masallı kitabxanasının 100 illik yubileyi 21:47, 23 aprel 2024
Masallıda görkəmli bəstəkarın yubiley tədbiri 15:12, 22 aprel 2024
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə