Düşmən dövlətlər, biri digərini yalnız döyüş meydanlarında deyil, eyni zamanda qarşı ölkəni ideoloji mübarizə meydanına çevirərək, milli əxlaqi dəyərlərin məhv edilməsinə, milli-mədəni və əxlaqi dəyərlərin unutdurulmasına və milli şüurun məhv edilməsinə yönəlmiş addımlar atırlar.Bu rolun ifaçıları mətbuat, internet və televiziyalar olurlar.
Bir xalqı öz əxlaqi dəyərlərindən uzaqlaşdırılması, onun milli-mədəni dəyərlərinin unutdurulmasına millətin milli mənliyinin itirilməsinə və milli şüurun, millətin soy kökünə uyğun olmayan yad elementlərlə yüklənməsinə gətirib çıxarır.Bukimi elementləri “yenilik” kimi təqdim edən televiziya və digər informasiya orqanları, öz xalqlarına qarşı düşmənçilik etdiklərini ağıllarına belə gətirmirmədən fəaliyyətlərini günü-gündən genişləndirirlər.Buna missal olaraq Azərbaycanın özəl televiziyalarında onlarla verilişini göstərmək olar.
Məz bu proseslər zamanı xalqımızın və millətimizin milli-mədəni və əxlaqi dəyərləri, xanımların geyim qarderobları kimi yad, milli mentalitetlərə uyğun olmayan ənənələrlə əvəzlənir.Burada milli ənənələrin yabançı detallarla əvəzlənməsi sözssüz ki gələcəkdə milli xarakterlərin də dəyişməsinə səbəb olacaqdır.
Bəzi populyarlıq qazanmaq üçün adlarını “sənətçi” qoyan xanım gənclərimiz soyunaraq bədənlərini nümayiş etdirmələrini qeyri-etik davranış kimi deyil adi məişət qaydası olduğunu düşünürlər
Azərbaycanın efir məkanına “Şou” kimi daxil olan verilişlər, telekanallarda musiqi sənəti ilə məşğul olan bir çox populyar insanların həyatlarındakı mənfi halların qabardılaraq tez-tez reklam edilirlər.Populyarlar arasında süni intriqaların yaradılması, onları daşıdıqları alicənablıq hisslərindən məhrum edərək, müftəxor, yalançı, ikiüzlü kimi mənfi obrazlarla pərdələyir, onların gələcəkdəki liderlik imicinə zərbə vururlar. Yəni gələcəkdə ictimai lider kimi yetişmək prespektivi olan insanları xalqın gözündən salaraq, sanki adi kağğız maklaturaya çevirərək, zibil qabına tullayırlar.
Efir məkanında baş alıb gedən bütün bu mənfi proseslər eyni zamanda dialektdə, geyimdə, adət-ənənələrdə də özünü qabarıq şəkildə büruzə verir.Yəni efir məkanında heç də həmişə rəsmi danışıq dilindən istifadə edilmir.Adətən geyim, adət ənənə çərçivəsində mövsümlə (qış, yaz, yay, payız), mərasimlərlə (toy, yas), bayramlarla, məşğuliyyətlərlə, gəzintilərlə və s bağlı olmalıdır.Lakin Azərbaycanın efir məkanında həmişə milli geyim mədəniyyətimiz qorunmur.Qışın oğlan çağında bəzən ekrandan boylanan yarıçılpaq aparıcı qızın çılpaq bədəni öz müdhiş görkəmi ilə insanda təəssüf hissi yaradır.
İdeooloji mübarizədə hücum edən tərəf, hücuma məruz qoyduqları xalqların daha çox can atdıqları müstəqil davranış və əxlaq qaydalarından məharətlə istifadə edirlər. Onlar hədəfə aldıqları millətlərin və xalqların tanınmaz hala gəlməsi üçün onların xarakterində, laqeyidlik psixologiyasının formalaşmasına çalışırlar. Sanki böyük və gözəgörünməz bir qüvvə insanları cəmiyyətin həyatındakı bir çox vacib problemlərdən yayındırmaqla onlarda «mənə nə» laqeyidlik prinsipini xalqın və millətin gündəlik vərdişinə çevirərək, hədəf götürdükləri insan kütləsini tanınmaz hala gətirərək onları sanki kodlaşdırmaq istəyirlər.
Adi bir missal: - Avropadan ixrac edilən yarıçılpaq gəlinlik geyimləri gənclərimizin gündəlik həyatına daxil olduqca milli mədəni dəyərlərimizi sıxışdırıb aradan çıxarır, əxlaqımıza mənfi təsir göstərir. Bir zamanlar gəlininin ayağının azacıq açılmasını ayıb sayan atalar, indi bakirə qızlarını toy günü yarıçılpaq gəlinlik paltarında 500 kişinin gözləri qarşisinda nümayiş etdirməkdən çəkinmirlər.
Dünyada barışmaz ideologiyaların mübarizəsi zamanı bir tərəfdə qanlar tökülür kütləvi şəkildə insanlar öldürülürsə, digər bir tərəfdə isə heç bir atıcı silahdan istifadə edilmədən xalqlarının əxlaqi dəyərlərinin düşünülmüş şəkildə məhv edilməsi istiqamətində işlər aparılır.İdeoloji müharibənin digərindən fərqi ondadır ki, bu ideoloji müharibə zamanı hücuma məruz qalan tərəf hücum edən tərəfi həmişə müəyyənləşdirə bilmir.
Müxtəlif xalqlar üzərində tətbiq edilən bu mənfur keyfiyyətlər elmi ədəbiyyatda əxlaq soyqırımı kimi qeyd olunur.Əxlaq soyqırımı uzunmüddətli bir prosesdir. Bu proses əsas etibarı ilə cinayət sayılsa da, bu cinayətin daşıyıcısını yəni cinayətkarın müəyyənləşdirilməsini, təyin etmək həmişə çətin olur. Beləliklə bu cür soyqırım aktlarını faktlarla təsdiq edilməsi çətin olduğundan onu hüquqi qaydada mühakimə etmək də həmişə çətin olur.Maraqlıdır ki, burada günahı əksər hallarda bu bəlaya düçar edilənlərin özləri daşıyırlar.
Əxlaq soyqırımı tətbiq edilərkən, hədəf seçdikləri xalqa və millətə qarşı müxtəlif üsullardan və vasitələrdən istifadə edərək, bu millətin və xalqın içərisində rüşvət, dilənçilik, alkoqolizm, insan alveri, narkomaniya, qumar, fahişəlik və parnoqrafiya kimi cəlbedici tədbirlər həyata keçirərək, bu millətin mili əxlaqının təməl anlayışlarının çökdürülməsinə və məhv edilməsinə çalışırlar.
Hal-hazırda gündəlik həyatımızdakı müəyyən insanların imiclərinin dəyişdirilməsi, istedadlı gənclərin parnoqrafik şəkillər çəkdirməyə sövq edilməsi, müxtəlif növ əxlaqa zidd şouların təbliğ edilməsi bu qəbildən olan soyqırımın Azərbaycana qarşı tətbiq edilməsinin ilkin təzahürləridir.
İnsan idrakının tamamən və ya qismən dəyişdirilməsi, planlı şəkildə düşünülən əxlaq soyqırımıdır.Bu soyqırım aktı yüz illərlə bir müddət ərzində həyata keçirilməyə hesablanmış bir aksiyadır.Bu təbliğat maşını heç bir güc tətbiq etmədən insanların öz evlərinə, mənzillərinə internet, mətbuat və televiziya proqramları vasitəsi ilə çox sakit halda daxil olur.Bu cür təbliğat vasitəsi insanların beyinlərinə güclü şəkildə təsir etmə qabiliyyətinə malikdir.Bu cür vasitə ilə insanlar yeni vərdişlərə məcbur edilərək qul, kölə vəziyyətinə gətirilərək əsarət altına salınır və onların hisslərinə hakim olurlar.Belə olduqda bu təbliğat, insanları hafizəsizliyə, əxlaqi dəyərlərin itirilmsinə və təklənməsinə xidmət etmiş olur.Bu prosesə uğrayan insanlar təbii ki, müstəqil qərar vermək qabiliyyətindən də məhrum olurlar.
Hazırkı sistemdə dövlətlərin davranışı güc amilinə söykəndiyinə görə çox vaxt beynəlxalq hüququn əsas prinsipləri arxa plana keçir.Bir növ, "gücün hökm etdiyi yerdə qanun gücsüzdür'' deyimi qlobal geosiyasətdə də öz təsdiqini tapır.
Təsüf hissi ilə qeyd etmək lazıımdır ki Azərbaycan özünün daim yüksələn inkişaf tempi və strateji mövqeyi ilə qonşu dövlətlərdə qısqanclıq hissi yaratmışdır.Odur ki, azərbaycan ərazilərinə diş qıcayan dövlətlərin təsiri ilə ölkəmiz, daim inkişafda olan eloktron texnologiyanın köməyi ilə bu cür mənfi proseslərin mərkəzinə düşmüşdür.Müxtəlif sponsorların vasitəsi ilə Azərbaycan teleməkanında baş alıb gedən əxlaqa və mənəviyyata zidd teleşoular artıq bir çox insanların gündəlik həyatında pis vərdişlərə çevrilməkdədir.
Belə verilişlər gənclərimizi milli dəyərlərdən uzaqlaşaraq xurafata, cəhalətə sürükləyir.
Bu gün Azərbaycan, özünün mili dəyərlərinə və əxlaqına tuşlanmış bu cür hücumların zərərsizləşdirilməsinə hazır olmalıdır.Azərbaycan gəncliyi öz mili əxlaqına xas olmayan bu cür çirkin təbliğat xarakterli oyunların oyunçularına çevrilməməlidir.Azərbaycan gəncliyi, görünən və görünməyən müstəvidə bu ölkənin məhvinə yönəlmiş soyqrımların zərərsizləşdirilməsi üçün təşkil etdiyi və təşkil edəcəy tədbtrlərlə çətin imtahan qarşısındadır.
İndiki mürəkkəb zamanda Azərbaycan, «ideloji müharibə» adlandırılan bu dövlətlər arasında gedən ideoloji mübarizə zamanı özünün ərazi bütövlüyünü, dövlətçiliyini, tarixini, əxlaqi dəyərlərini, mili mədəniyyətini, milli ənənələrini qoruyub saxlamaqla bu mübarizədən qalibiyyətlə çıxmalıdır.
Faiq İsmayılov
Bütün hüquqlar qorunur © 2025