Təqvim
Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi açılıb (+FOTOLAR)
15 dekabr 2018 - 14:10

Dekabrın 14-də Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Tahir Salahovun keçdiyi həyat yoluna və zəngin yaradıcılığına nəzər salınıb.

Ulu öndər Heydər Əliyevin dünya şöhrətli rəssam Tahir Salahovun yaradıcılığına daim yüksək diqqətlə yanaşdığını deyən mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yubilyara təbrik məktubları ünvanladıqlarını, dövlətimizin başçısının Xalq rəssamı Tahir Salahovu şəxsən qəbul edərək onu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdiyini xatırladıb. O, Tahir Salahovun Azərbaycanın ali mükafatları ilə yanaşı, beynəlxalq səviyyədə layiq görüldüyü mükafatları da qeyd edib. Artıq bir neçə gündür ki, sərginin açılışına hazırlıq işlərinin getdiyini bildirən nazir görkəmli rəssamın ömür-gün yoluna nəzər salıb. Bildirib ki, onun həyatı və yaradıcılığı olduqca maraqlı və zəngin hadisələrlə doludur.

Sonra Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva dövlətimizin başçısının Tahir Salahova 90 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu oxuyub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2011-ci ildən Prezident İlham Əliyevin Sərəncamı ilə İçərişəhərdə Tahir Salahovun ev-muzeyinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, paytaxtımıza gələn xarici qonaqlar, məktəblilər, gənclər dünya şöhrətli rəssamın ev-muzeyini böyük maraqla ziyarət edirlər.

Sonra Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahov çıxış edib. Bildirib ki, 90 illik yubileyi münasibətilə onu ilk təbrik edən Prezident İlham Əliyev olub. Dövlətimizin başçısına və birinci xanıma ona göstərilən diqqətə, yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını bildirən Tahir Salahov ulu öndər Heydər Əliyevin də həmişə ona qayğı ilə yanaşdığını vurğulayıb. “Tale bizi bu gün bu zala toplayıb”, - söyləyən görkəmli fırça ustası sərginin keçirildiyi məkanın Bakı Ekspo Mərkəzi seçilməsinin təsadüfi olmadığını bildirib. O deyib: “Bu məkan Bakının qədim, tarixi və müasir abidələrinə, tikililərinə yaxın yerləşir. Xoşbəxtəm ki, bu gün sizinlə birlikdəyəm”.

Sonra sərgi ilə tanışlıq olub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi dekabrın 24-dək davam edəcək.

Sosial şəbəkələrdə paylaş:
Gülağa Tənha Keçmişi unutmaq olmaz!12:35, 19 yanvar 2021
Gülağa Tənha "Cavab beş" müsahibəsi13:21, 18 yanvar 2021
“ASAN xidmət”dən Qələbəni bizə yaşadanlar üçün xüsusi xidmət 22:25, 17 yanvar 2021
BDU-nun jurnalistika fakültəsinin tələbəsi Əsgər İsmayılov yazır: Xatirimizdə "Yaddaş muzeyi" olaraq yaşayacaq şəkil... 22:11, 17 yanvar 2021
Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün komissiya yaradıldı 21:53, 17 yanvar 2021
Vaksinasiyadan imtina edənləri hansı cəza gözləyir? - TƏBİB-dən AÇIQLAMA 19:55, 17 yanvar 2021
Azərbaycanda xüsusi karantin rejimi BU TARİXƏDƏK uzadıldı 19:51, 17 yanvar 2021
Məktəblərlə bağlı VACİB AÇIQLAMA 19:30, 17 yanvar 2021
Karantin rejimilə bağlı NƏ DƏYİŞDİ? - İZAH 19:24, 17 yanvar 2021
Azərbaycan təsəvvür edə bilməyəcəyimiz bir mövqeyə sahib oldu - Deputat 18:31, 17 yanvar 2021
Deputat Azay Guliyev: Prezident İlham Əliyevin islam və xristian dünyasına Şuşadan verdiyi mesaj barədə yazıb 18:13, 17 yanvar 2021
Gülağa Tənha Qərar qəbul etmə prinsipi və...14:30, 17 yanvar 2021
Səhiyyə Nazirliyi: Vaksin təhlükəsizdir 20:12, 16 yanvar 2021
Gürcüstanda iki nəfəri girov götürən keçmiş polis əməkdaşı saxlanılıb 20:07, 16 yanvar 2021
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlayır - İlk olaraq ONLARA vaksin vurulacaq 19:44, 16 yanvar 2021
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur 19:37, 16 yanvar 2021
Bu sahələrin fəaliyyəti bərpa olunur - SİYAHI 19:00, 16 yanvar 2021
Yaqut Qarayeva: Hazırda bu şəxslərin vaksinasiyasına ehtiyac yoxdur - Müsahibə 18:49, 16 yanvar 2021
Hərəkətsizlik və həzm prosesinin düzgün getməməsi uşaqlarda piylənməyə səbəb olur 16:02, 16 yanvar 2021
Ölümlə mistik əlaqə: Saatlardakı ürkütücü müəmma... 13:51, 16 yanvar 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə