Təqvim
"100 manat, hər gün bir evə?"
06 noyabr 2018 - 08:38

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda səfərdə olarkən yolüstü Ağcabədi rayonunun Hindarx qəsəbəsində Əsmər Hüseynovanın pambıq sahəsi ilə tanış olublar.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və pambıqçı Əsmər Hüseynova təsərrüfatda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdilər.

Dövlətimizin başçısı pambıqçılarla söhbət edib

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Pambıqçılar: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Burada yaxşı pambıq yetişdirmisiniz. Məhsuldarlıq yaxşı olmalıdır. Görün, bir qoza nə boydadır. 2016-cı ildə pambığın kiloqramının qiyməti 41 qəpik idi, qaldırdıq 50 qəpiyə. Bu il isə 65 qəpiyə qaldırmışıq. Bunu ona görə edirik ki, siz daha çox pul qazanasınız.

Pambıqçılar: Çox sağ olun, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: İndi pambıqçılıq sürətlə inkişaf edir. Bu il bu günədək 200 min ton pambıq tədarük olunub. Keçən il bu vaxt təxminən 160 min ton idi, bu il 200 min ton. Əgər yığım kampaniyamız belə davam etsə, deməli, təxminən 260 min ton pambıq tədarük ediləcək. Pambıqçılıqda 190 min insan işləyir, pul qazanır, həm öz ailə büdcəsini yaxşılaşdırır, həm də dövlətə xeyir verir.

Pambıqçılar: Bəli, Allah köməyiniz olsun. Sizin sayənizdə ailələrimizin yanında alnıaçıq, üzüağıq.

Prezident İlham Əliyev: İndi adambaşına orta hesabla nə qədər pambıq yığırsınız?

Pambıqçılar: Bir gündə hərəyə 110-120 kiloqram yığırıq.

Prezident İlham Əliyev: Bir gündə 120 kiloqram?

Pambıqçılar: Bəli, cənab Prezident, bir gündə.

Prezident İlham Əliyev: 120 kiloqram yığırsınızsa, deməli, nə qədər qazancınız olur?

İcra hakimiyyətinin başçısı Şahin Məmmədov: İyirmi manatdan çox edir - 24 manat. Bir evdən tarlaya beş adam çıxırsa, hərəsi 100 kiloqram yığsa, axşam 100 manat pul aparır.

Prezident İlham Əliyev: 100 manat, hər gün bir evə?

Pambıqçılar: Bəli, hər gün.

Prezident İlham Əliyev: Yaxşıdır.

Şahin Məmmədov: Keçən il bugünkü tarixə biz 15 min 783 ton pambıq yığmışdıq. Amma bu gün 20 min tona çatmışıq. Keçən ilin müvafiq dövründəkindən təqribən 5 min ton artıq təhvil vermişik.

Prezident İlham Əliyev: Sizdə əkin sahəsi 10 min hektardır. Əgər 20 min ton vermisinizsə, deməli, 20 sentneri siz artıq təmin etmisiniz.

Şahin Məmmədov: 20,8 sentner vermişik.

Prezident İlham Əliyev: Amma yığım hələ davam edəcək.

Şahin Məmmədov: Bəli, biz bu günədək keçən il bütün mövsüm ərzində yığdığımızdan çox pambıq vermişik. Keçən il mövsüm ərzində 20 min 497 ton pambıq yığmışdıq.

Prezident İlham Əliyev: Bəs, ümumiyyətlə, rayon üzrə hektardan məhsuldarlıq nə qədər gözlənilir?

Şahin Məmmədov: Hektardan 27-28 sentner. Ötən il 21,5 sentner idi.

Prezident İlham Əliyev: 27-28 sentner, çox gözəl, çox yaxşı. Texnika da var, görürəm, biz yüzlərlə texnika almışıq. Demək olar ki, burada ilboyu iş var.

Şahin Məmmədov: Bəli, ilboyu, şumdur, aratdır, maladır, sonra çiyidin səpilməsidir.

Prezident İlham Əliyev: Bəli, həm məşğulluq, həm də yaxşı qazanc.

Pambıqçılar: Bəli, cənab Prezident, qazancımız yaxşıdır.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
TURİZM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə