Təqvim
“Gömrükdəki pulları kim mənimsəyibsə, araşdırmaq lazımdır”
05 noyabr 2018 - 12:55

“Bu il Gömrük Komitəsinin malların idxalından 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq.  Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub?”

"BI" xəbər verir ki, bunu deputat Vahid Əhmədov parlamentdə çıxışında deyib. 

O, bunun səbəbini Gömrük Komitəsində aparılan kadr siyasəti ilə əlaqələndirib: “Gömrük Komitəsində rüşvətxorluğun  qarşısının alınması məqsədilə büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir.  Hər il bir milyard daxil olsaydı, görün bu təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir. Qeyd edim ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür. Mən burada rəqəmi açıqlamaq istəmirəm. Bunu aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.

V. Əhmədov dövlət borcu ilə bağlı məsələyə də toxunub. O bildirib ki, dövlət zəmanətilə verilən borcları, kreditləri onu alan həmin qurum özü həll etməlidir, özü qaytarmalıdır: “Kredit verilib, götürmüsən, canın sağ olsun, indi zəhmət çək, vaxtında da ödə. Bunu dövlətin, Maliyyə Nazirliyinin üzərinə atma. Ona görə hesab edirəm ki, bu məsələdə ciddi şəffaflıq təmin olunmalıdır, zəmanət verilən qurumların fəaliyyətinə, ciddiliyinə fikir yetirmək lazımdır. Hər kəsə dövlət zəmanəti ilə kredit verilməməlidir”

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© Qafqazinfo
Kateqoriya:
TURİZM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə