Təqvim
Avtomobili rəsmi rüsumla qeydiyyatdan keçirmək – İZAHAT
01 noyabr 2018 - 14:48

Son vaxtlar avtomobillərin qeydiyyatı ilə bağlı qanuni rüsumlardan 2-3 dəfə artıq pul tələb edilməsi ilə bağlı şikayətlər artıb. Bu yazı DYP-də avtomaşınların özəlləşdirilməsi ilə bağlıdır.

Beləliklə, avtomonilin qeydiyyata alınması vəya qeydiyyatının dəyişdirilməsi proseduru tam olaraq qeyd edəcəyik.

 

Prosedur-1

Hazırda mövcud dəyişikliklərə uyğun olaraq maşınları orta cərgədən deyil 1 və 3-cü cərgələrdən keçməyə məcbur edirlər. Əgər sizdə cari ilin texniki baxışı varsa, bu cərgələrin hansısa birindən keçin. Burada sizin avtomobilin ban və mühərrik nömrələri (əgər varsa) tutuşdurulacaq. Həmçinin, avtomobildə olan nasazlıqlar vərəqini sizə təqdim edəcəklər və texniki pasportun üzərini yazacaqlar. Nasazlıqlar vərəqini cibinizdə saxlayın və digər prosedura keçin.

 

Prosedur -2

Üzəri yazılmış texniki pasport və etibarnamə ilə yaxınlaşırsız 3-cü otağa. Burada siz onlardan alqı-satqı müqaviləsi tələb edirsiz. Maşını özəlləsdirəcək şəxsin əlaqə nömrəsi və pasportunu təqdim edirsiz. Daha sonra sizi həmin otaqda sağ tərəfdə digər işci qəbul edəcək və maşının radar və cərimələrini yoxlayacaq. Daha sonra sizi 1-ci otağa yönləndirəcəklər, bu zaman isə maşnın hər hansı bir məhkəmə prosesində olub olmadığı yoxlanılacaq.

Qeyd: Bu otaqlarda sizdən hər hansı bir ödəniş etmək tələb olunsa, mütləq şəkildə həmən məbləği banka ödəyəcəyinizi bildirin.

 

Prosedur-3

Bu prosedurda siz rayonlar üzrə ayrılmış otaqlara yaxınlaşacaqsız. Burada sizi (kapitan, mayor, baş leytenant) rütbəli polis zabiti və köməkçisi qarşılayacaq. Avtomobilinizin istehsal ili və mühərrik həcminə görə rüsüm hesablanacaq və siz təkrarən bu rüsumu ödəmək üçün yaxınlaşacaqsız Azərbaycan Beynəlxalq Bankına və ya NBC banka (3-cu cərgənin axirinda solda).

Ödəyəndən sonra yenidən yaxınlaşacaqsız həminn otağa. Burda siz və maşın sahibi bəzi sənədlərə qol çəkəcək. Daha sonra otağı tərk edəcəksiz.

 

Prosedur-4

3-cü proseduru keçəndən sonra, sizdən xahiş olunacaq ki, gözləmə zalında gözləyəsiniz.30-35-dəqiqə ərzində sizin adınız çəkiləcək və siz yeni Texniki Pasportu alacaqsınız. Əgər sizdən əlavə hər hansı ödəniş tələb olunsa bu zaman banka ödəyəcəyinizi bildirin və ya qəbz tələb edin.

 

Qeydlər

1) Əgər sizin avtomobildə hər hansı ödənilməmiş cərimə varsa mütləq ödəyin və ya orda sizin 403-cü otağa yaxınlaşmanız tələb olunacaq. Cərimələr qərarsız olsa belə ödəniş tələb olunacaq. Qanunda olan bəz dəyişikliklərə uyğun olaraq əgər siz maşınını özəlləşdirəcəyiniz şəxs bu cərimələrdən imtina etmirsə özəlləşmə əməliyyatı davam edə bilər. Ancaq bu cox uzun prosesdir. Müəyyən yerlərə məktublar yazılmalıdır.

 

2) Əgər sizin maşın bankda olub və bankı ödənilibsə, bu zaman siz əlavə olaraq 5-ci otağa yaxınlaşmalısınız. Bankın təmizlik haqqında kağızı mütləq olmalıdır. Həmçinin, bank bu kağızın nüsxəsini DYP-yə göndərməlidir. Əgər sizdən əlavə olaraq ödəniş tələb olunarsa, banka ödəyəcəyinizi bildirin.

 

3) Maşında tibb çantasının, qəza nişanının və yanğın söndürən dəstinin olması vacibdir.

 

4) Əgər maşında hər hansi məhdudiyyət varsa 301-ci otağa yaxinlaşmalısız.

 

5) Əgər generalni davernost öz adınızdadırsa, siz maşını özəlləşdirmək istəyirsizsə bu zaman özünüzdən əlavə 2 nəfərə etibarnamə verməlisiz. Belə ki, sizin adınız etibarnamədə qala bilməz.

 

6) Mühərrikin hər kub sm-ə görə;

 

0-2000 kub - 0.05man

0-3000 kub – 100 man +(2001-3000 kub hər kub sm- 0.1man (əmsal))

0-4000 kub - 200man + (3001-4000 kub hər kub sm 0.2man (əmsal))

0-5000 kub – 400 man + (4001-5000 kub hər kub sm 0.3man (əmsal))

5000 kub dan yuxarı - 1500man

 

Bunlardan əlavə olaraq buraxılış illərinə görə də əmsallar yuxarıdakı hesabatdan alınan nəticəyə vurulur;

 

0-4 ilə qədər əmsal- 1

4-10 ilə qədər əmsal- 0.8

10 ildən çox əmsal-0.3

 

Məsələn : 2400 kub sm mühərrikli  2007 buraxılış “Hyundai Sonata” üçün 41,97 manat təşkil edəcək.  ((100+ (2001 2400) x 0.1)) x 0.3 = ((100+(399×0.1)) × 0.3=(100+39.9) × 0.3=139.9 × 0.3 = 41.97 man

Bundan əlavə, siz 25 manat texpasport-a görə rüsüm ödəyirsiz.  Yəni, 41.97+25=66.97 manat.

Qeyd: Əgər nömrəni də dəyişsəniz, əlavə olaraq 35 manat da ödəməlisiz. Yəni, 66.97+35= 101.97 manat.

7) Əgər sizdən hər hansı otaqda texniki baxışda çıxmış nasazlığa görə qeydiyyatı dayandırmağı tələb etsələr, yerindəcə 102-yə şikayət edin, daha sonra həmin binada 3-cü mərtəbədə dəftərxanaya yazılı şikayət edin. Hazırki qanunlarımıza görə texniki baxışda yaranmış problemə görə nəinki qeydiyyatı, heç texniki baxışın özünü də dayandıra bilməzlər.

 

Qeyd: 31 İyul 2018-ci ildə qəbul olunmuş yeni qanuna əsasən yazılmışdır.

http://dyp.gov.az/

https://mia.gov.az/

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© FED
Kateqoriya:
PREZİDENT
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə