Təqvim
Hesablama Palatasından Vergilər Nazirliyinə xəbərdarlıq
31 oktyabr 2018 - 12:59

Hesablama Palatası hökumətə vergitutma sistemində dəyişikliklərin mərhələli şəkildə tətbiq edilməsini tövsiyə edir.

“Hökumət 2019-cu ildən vergitutma sistemində yeniliklərin tətbiqinə başlamaq məqsədilə vergi qanunvericiliyində ciddi dəyişikliklər etməyi planlaşdırır. Bu dəyişikliklər vergi sistemi üçün müəyyən risklərin artmasına səbəb ola bilər. Bununla əlaqədar biz nəzərdə tutulan yeniliklərin mərhələli şəkildə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirik”, - deyə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Qanun layihəsinə Hesablama Palatasının rəyində bildirilir.

Palata hesab edir ki, Vergilər Nazirliyi vergi qanunvericiliyinə nəzərdə tutulan dəyişiklikləri nəzərə almaqla proqram təminatını yeniləməli, eləcə də vergi ödəyicilərini qısa müddət ərzində bu dəyişikliklər barədə məlumatlandırmalıdır.

Xəbər verildiyi kimi, Azərbaycan hökuməti gələn ildən özəl (qeyri-neft) sektorunda çalışan muzdlu işçilərin gəlirlərindən gəlir vergisinin, eləcə də sosial sığorta haqqı dərəcəsinin tutulması sistemində əhəmiyyətli dəyişikliklər etməyi planlaşdırır.

Bu islahatlar çərçivəsində 2019-cu il yanvarın 1-dən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyridövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi üzrə 100 faiz, 8000 manatdan çox olduqda isə 44 faiz (25 faizdən 14 faizədək endirilməsi) güzəştin müəyyən edilməsi nəzərdə tutulub.

Eyni zamanda, bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.

İslahatın digər mühüm istiqaməti məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərinin tənzimlənməsi ilə bağlıdır. Belə ki, neft-qaz sahəsində fəaliyyəti 55 olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyənlərə münasibətdə sosial sığorta haqqı dərəcəsinin aylıq gəlir məbləği 200 manatadək olduqda işçi üzrə 3 faiz, işəgötürən üzrə 22 faiz, aylıq gəlir məbləği 200 manatdan çox olduqda isə işçi üzrə 6 manat və 200 manatdan yuxarı olan hissənin 10,0 faizi, işəgötürən üzrə 44 manat və 200 manatdan yuxarı olan hissənin 15,0 faizi həddində müəyyənləşdirilməsi nəzərdə tutulub.

Hökumətin qiymətləndirmələrinə görə, ilkin mərhələdə bu islahatlar nəticəsində dövlət büdcəsinə “gəlir vergisi” maddəsi üzrə daxilolmalar bir qədər azala bilər. Lakin növbəti illərdə ölkədə iqtisadi fəallığın artması və “kölgə iqtisadiyyatı”nın payının azalması, vergi inzibatçılığının güclənməsi ilə bu vergi növü üzrə büdcəyə daxilolmalarda artım müşahidə olunacaq.​​​​​​​

2019-cu il dövlət büdcəsində gəlir vergisi üzrə proqnoz 880 mln. manat (2018-ci il üçün 1 mlrd. 196 mln. manat) məbləğində nəzərdə tutulub.

Bundan başqa, hökumət 2019-cu ildən ayrı-ayrı vergi növləri üzrə müəyyən dəyişikliklər etməyi planlaşdırır ki, bu da dövlət büdcəsinə vergi yığımlarının həcminə təsir edəcək. Dəyişikliklərin bir hissəsi sadələşdirilmiş vergi ilə bağlı olacaq. Xüsusilə Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər bu vergi növü üzrə vergi ödəyicilərinin sayının azalmasına səbəb olacaq, həmçinin sadələşdirilmiş vergi dərəcəsinin 2%-dək azaldılması planlaşdırılır. Nəticədə gələn il üçün həmin vergi növü üzrə yığımlar 322 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2018-ci il üçün nəzərdə tutulan göstəricidən 15,3% azdır.

Hökumət, həmçinin aksizli malların istehsal və idxalına nəzarətin sərtləşdirilməsi tədbirlərini davam etdirməyi planlaşdırır. Bununla əlaqədar Vergi Məcəlləsində müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulub. Əsas məqsəd dövlət büdcəsinə aksizlər üzrə daxilolmaların artırılmasıdır. 2019-cu il dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə sözügedən vergi üzrə daxilolmalar 602 mln. manat (artım 8,7%) məbləğində nəzərdə tutulub ki, bunun da 100 mln. manatı (artım 2,2 dəfə) qeyri-neft sektorundan aksizlərin payına düşəcək.

Hüquqi şəxslərin əmlak vergisi üzrə də müəyyən dəyişikliklər nəzərdə tutulub. Növbəti ilin büdcə-vergi siyasəti çərçivəsində müəssisələrin balansında olan mexaniki nəqliyyat vasitələrinin əmlak vergisinə cəlb edilməsi də planlaşdırılıb. Hüquqi şəxslərin əmlak vergisi üzrə proqnoz 211 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2018-ci ilin gözlənilən icrasına nisbətən 15,9% çoxdur. Qeyri-neft sektoru müəssisələrinin əmlak vergisi üzrə daxilolmalar isə 145 mln. manat (artım 13,3%) məbləğində proqnozlaşdırılır.

 

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© marja
Kateqoriya:
TURİZM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə